Təhsil Nazirliyindən daha bir yenilik

3-09-2013, 19:40
Oxunub: 4157


Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili ilə bağlı sosial xarakterli geniş təbliğat kampaniyasına başlanılıb.
 
Etatist.com Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kampaniyanın əsas məqsədi müvafiq istiqamətdə aparılan islahatların geniş ictimaiyyətə çatdırılmasını və gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə marağının artırılmasını təmin etməkdən ibarətdir.
 
Təhsil Nazirliyi peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlayıb. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulub.
14 nömrəli Bakı Peşə Məktəbində KNAUF şirkətinin dəstəyi ilə "Quru inşaat ustası”, 18 nömrəli Bakı Peşə Liseyində BOSCH şirkətinin dəstəyi ilə "Dülgər, xarrat-parket ustası” və "Eldar studio” şirkətinin dəstəyi ilə "Bərbər” ixtisası üzrə siniflər, 4 nömrəli Bakı Peşə Liseyində isə Belarus hökumətinin dəstəyi ilə "Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə Resurs Mərkəzi açılacaq.

İlin sonuna kimi 14 nömrəli Bakı Peşə Məktəbində tikinti sahəsində ixtisaslaşmış və dünyanın ən böyük şirkətləri sırasında olan CCC (Konsolidayted Konstraktors Kompani) şirkəti ilə birlikdə tikinti sahəsi üzrə Resurs Mərkəzinin açılması nəzərdə tutulub. Resurs Mərkəzində elektrik qaz qaynaqçısı, boru kəmərlərinin quraşdırılması, çilingər-santexnik ixtisasları üzrə kadrlar hazırlanacaq və ölkəmizin peşə təhsili sistemində ilk dəfə onlara beynəlxalq ixtisas dərəcəsi veriləcəkdir. Qeyd olunan mərkəzdə təhsil prosesinin təşkilində beynəlxalq ekspertlər də iştirak edəcəklər.

Azərbaycanda fəaliyyət göstərən 107 ilk peşə-ixtisas təhsili müəssisəsinin müasir tələblərə cavab verən səviyyədə inkişafı üçün peşəkar kompetensiyalara malik müəllim kollektivinin və yeni texnologiyalara əsaslanan maddi-texniki bazanın formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulub.
Şərhlər : 2 Şərh yaz
ARİF 19 sentyabr 2013 10:31  
UZUN MÜDDƏT MÜƏLLİMLİK PEŞƏSİ İLƏ MƏŞĞUL OLDUĞUMDAN DEYƏ BİLƏRƏM Kİ, TƏHSİLİN KEYFİYYƏTİNİ MİSİR MƏRDANOVUN DA DEDİYİ KİMİ MÜƏLLİMLƏRİN MAAŞINI 1000-2000 MANATA QALDIRMAQLA NAİL OLMAQ OLAR. YOXSA NAZİRİ ONUN İŞÇİLƏRİNİ DƏYİŞMƏKLƏ HEÇ NƏYƏ NAİL OLMAQ OLMAZ.
taci 22 dekabr 2013 23:13  
Doktor demis 'like' beyendim destekliyirem
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti