Mikayıl Cabbarov əmr imzalayıb

30-08-2013, 18:11
Oxunub: 4406


Təhsil naziri müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə əmr imzalayıb.

Əmrə əsasən, 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri təsdiq edilib. 

Təhsil müəssisələrinin rəhbərlərinə 5 gün müddətində müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını təmin etməlidirlər.

Müsabiqə yolu ilə işə qəbul olunaraq pedaqoji fəaliyyətə başlayan müəllimlər, həmçinin dərs ili başlandıqdan sonra real vəziyyət təhlil olunmaqla, ciddi ehtiyac olan vakant yerlər barədə sentyabrın 20-dək Təhsil Nazirliyinə rəsmi məlumat təqdim edilməlidir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinin geniş təhlilini aparmaq və yekunlarına dair rəhbərliyə hesabat təqdim etmək tapşırılıb.
anspress
Şərhlər : 1 Şərh yaz
ARİF 29 sentyabr 2013 16:05  
15 il müddətində texniki-peşə məktəblərini pis günə qoydular. görək indi neçə il lazım olacaq ki,texniki-peşə məktəbləri öz əvvəlki vəziyyətinə qayıtsın.

NƏ YARADILIRSA YARADILSIN MƏKTƏBİN SİMASI OLAN MÜƏLLİMİN MAAŞINI 500-1000-Ə QALDIRMADAN TƏHSİLİN KEYFİYYƏTİNDƏN DANIŞMAĞINA DƏYMƏZ
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti