"VAZ" kanala düşdü

21-12-2012, 10:37
Oxunub: 1203


Etatist.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonu, Alekseyevka kəndi ərazisində "VAZ” markalı minik avtomobili Xanarxı kanalına düşmüşdür. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Dövlət Sularda Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə xüsusi texnika vasitəsi ilə avtomobili sudan çıxarmışlar. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti