Təhsil Naziri vətəndaşları dinləyib

28-08-2013, 14:13
Oxunub: 764


Avqustun 27-də təhsil naziri Mikayıl Cabbarov Şəki şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Etatist.com-un Təhsil Nazirliyi mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təhsil şöbələri müdirlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər, əsasən müəllimlərin işə qəbulu, ucqar kənd məktəblərində işləyən müəllimlərə müvafiq həvəsləndirmə tədbirlərinin tətbiqi, bir təhsil müəssisəsindən digərinə köçürülmə, təhsil haqqından azad olunma, təhsil sənədlərinin tanınması, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu və digər məsələlərlə əlaqədar olub.

Qəbulda 61 nəfər vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı təhsil şöbələrinin müdirlərinə və nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.
Şərhlər : 1 Şərh yaz
ARİF 28 avqust 2013 20:55  
TƏHSİL NAZİRİNİN RÜŞVƏTXORLUĞA QARŞI MÜBARİZƏSİNDƏ FƏALLIQ HİSS OLUNMUR.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti