Zabrat qarışdı - Aksiya

27-08-2013, 11:14
Oxunub: 2497


Sabunçu rayonundan Zabrat qəsəbəsinə gedən yol həmin ərazidə yaşayan bir qrup sakin tərəfindən bağlanıb.

Etatist.com-un Aznews.az-a istinadən verdiyi xəbərə görə, 50-dən çox sakinin aksiya keçirdiyi yerə  Sabunçu rayon 15-ci polis bölməsinin 30-a yaxın əməkdaşı cəlb edilib.

Bölmədən məlumatı təsdiqləyiblər. Qeyd olunan ərazidə həqiqətən də yol bağlanıb və polis əməkdaşları hadisə yerinə göndərilib. Bölmədən bundan artıq məlumat verilməyib.

Sabunçu Rayon Polis İdarəsindən isə sakinlərin həmin yolda işıqfor və ya piyada keçidinin qoyulması tələbi ilə aksiya keçirdiklərini deyiblər. Bununla belə, polis sakinlərin bu cəhdinin qarşısını alıb: "Yolu bağlamaq olmaz. Buna imkan verilməyib. Yol bağlı qalmayıb. Lakin əhalinin tələbi ilə əlaqədar müvafiq orqanlara məlumat verilib. Rayon İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi tələblə bağlı məlumatlandırılıb”.

Onu da qeyd edək ki, sözügedən ərazi piyadalar üçün təhlükəli yer sayılır. Son bir ayda həmin ərazidə ölümlə nəticələnən bir neçə yol-qəza hadisəsi baş verib. Bununla belə, yolun həmin hissəsində təhlükəsizlik tədbirləri hələ ki, görülməyib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti