ATV-də biabırçılıq - VİDEO

26-08-2013, 16:31
Oxunub: 6833


Qalib gələn qıza ev verilməli imiş, verilməyib; təşkilatçı yoxa çıxıb

 


63 min səs toplayan ifaçıya ev verilməyib. 20 həftə ərzində ATV telekanalında nümayiş olunan "Şərq Ulduzu" müsabiqəsi qalmaqalla başa çatıb. 1news.az xəbər verir ki, qalibi SMS-səsvermə ilə müəyyənləşdirilən yarışda mükafat qismində Bakı şəhərində mənzil təqdim olunmalı idi. Yarış nəhayət başa çatdı və ilk yeri 14 yaşlı Ayla Şiriyeva tutdu. Lakin balaca Aylanın sevinci çox çəkməyib:
 
"Mən bu müsabiqədə gəlməyi çox istəyirdim, bütün müsabiqə ərzində çoxlu sayda insanların mənə səs verməsinə baxmayaraq, qələbəmi möcüzə kimi qəbul etdim” – deyə, Ayla bildirir.
 
Ancaq möcüzə baş verməyib, qıza evin açarları təqdim olunmayıb.
 "Vəziyət gərgin idi, sonuncu səsvermədə Ayla 63 min 300 səs yığmışdı. Efirdən sonra "OX Production”un direktoru Xalid Süleymanlıya yaxınlaşdıq və qazanılmış mənzil barədə sual verdik. O, bizimlə bir neçə gündən sonra əlaqə saxlayacağını desə də, hələ də bir cavab yoxdur” – deyə, Aylanın anası Təranə Abdullayeva bildirib.
 
Daha bir neçə həftə gözləyən Aylanın valideynləri özləri X.Süleymanlı ilə əlaqə saxlayıblar. O, valideynləri görüşə dəvət edərək bir az gözləməyi, yaxın vaxtlarda həllini tapacaq maddi çətinliklərinin olduğunu bildirib və ailə bununla razılaşıb.
 Lakin elə həmin gündən X.Süleymanlı yoxa çıxıb: ”Onun bütün telefonları söndürülüb, bu adamı tapa bilmədik”. Bu zaman valideynlər ATV telekanalına müraciət ediblər. "Telekanalın nümayəndələri dedilər ki, ATV yalnız "Şərq Ulduzu"nun nümayişi üçün efir vaxtı təqdim edib və bu müsabiqəyə heç bir aidiyyatı yoxdur.
 

SMS-səsvermədən sahibkarlar pul qazanırlar. Hazırda Aylanın ailəsinin tutduğu hüquqşünas fırıldaqçıları məhkəməyə vermək üçün sənədləri toplayır.


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti