4 ayın əsgəri faciəvi şəkildə öldü

26-08-2013, 12:10
Oxunub: 947


Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Tural Qazıyev təsərrüfat işləri ilə məşğul olarkən onu elektrik cərəyanı vurub. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. 
 
Qeydə edək ki, T. Qazıyev 2013-cü ilin aprelində Bakının Xətai rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti