El Hərəkatı dağılır?

26-08-2013, 09:58
Oxunub: 1024


EL Hərəkatı Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimov virtualaz.org saytına təşkilatın fəaliyyəti haqda sensasion açıqlamalar vermişdi.

Sonra verdiyi bəyanatla təşkilatın sıraları tərk etmişdi. 


Əflan İbrahimov bu açıqlamalarından sonra EL Hərəkatından bir neçə rayon təşkilatının da bəyanat verərək təşkilatı tərk edəcəkləri haqda da məlumat vermişdi.

Virtualaz.org saytının məlumatına görə, bu gün EL Hərəkatı Mingəçevir rayon təşkilatının sədri Kazım Əzizov bəyanat verərək təşkilatdan çıxdıqlarını bildirib. Bu məlumatı virtualaz.org-a K.Əzizov özü verib.

EL Hərəkatının Ağdaş rayon təşkilatı da bəyanat verərək Eldar Namzazovun rəhbərlik etdiyi qurumu tərk edib. Ağdaş rayon təşkilatının sədri, sabiq deputat Faiq Baxşəliyev bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, iki gün əvvəl EL Hərəkatının Şamaxı və Qobustan rayon təşkilatları da bəyanat verərək təşkilatdan çıxıblar. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti