Söyüş söydülər Lənkaran silkələndi - Video/Foto

26-08-2013, 09:53
Oxunub: 1982


"Neftçi” prezidenti Sadıq Sadıqov Lənkəranda keçirilən oyundan sonra baş verənlərdə "Neftçi” azarkeşlərini günahkar bilib.


 

"Qafqazinfo” xəbər verir ki, prezident baş verən gərginliklərdən sonra "Neftçi” azarkeşləri ilə danışıb. "Sizə bü gün bura gəlməməyiniz barədə xəbərdarlıq etmişdik. Bu gün olanlar gözlənilən idi. Nahaq gəldiniz.”

Daha sonra "Xəzər” azarkeşləri barədə də fikir bildirən Sadıqov onların təhqiramiz sözlərinin yolverilməz olduğunu bildirib. "Ana hər millətin nümayəndəsi üçün müqəddəsdir. Azarkeşlər nahaq yerə ana söyüşü işlətdilər”

***
"Xəzər-Lənkəran”la "Neftçi” arasında keçirilən oyunda gərginlik yaşanıb.

Etatist.com-un məlumatına görə, "Xəzər Lənkəran və "Neftçi" azarkeşləri arasında qarşıdurma olub. Daxili Qoşunların əsgərləri və Polisin müdaxiləsindən sonra ara sakitləşib. Azarkeşlər stationa kənar əşyalar atıb, staionu yandırmağa cəhd edib.

***
Xəzər və Neftçi azarkeşləri arasında baş verən qarşıdurma oyundan sonra daha da artıb. Daxili qoşunların iki əsgəri yaralanaraq xəstəxanaya aparıldı. İki əsgər isə huşunu itirib. Belə ki, qarşıdurmanın qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə olunub. Qazın təsirindən əsgərlər huşunu itirərək yerə yıxılıb. Onlara tibbi yardım göstərilir.

***

"Ağ-yaşıl" azarkeşlər fakerləri yandıraraq qonaq azarkeşləri olan tribunaya atıb. Bunun da nəticəsində tribunalar alışıb.

Stadionda baş verən yanğının qarşısı alınıb. Lakin cənublular hələ də stadionu tərk etmək istəmir. /fanat.az/

***

Azarkeşlər Lənkəranda müxtəlif istiqamətlərdə yolları bağlayıblar. Neftçi futbolçuları və azarkeşləri hələ ki, stadiondan çıxa bilmir.

 


Söyüş söydülər Lənkaran silkələndi - Video/Foto
Söyüş söydülər Lənkaran silkələndi - Video/Foto
Söyüş söydülər Lənkaran silkələndi - Video/Foto

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti