Vasif Talıbovdan gözlənilməz addım

24-08-2013, 14:38
Oxunub: 11545


Dünəndən Naxçıvan şəhərində bütün internet-klubların bağlanılmasına başlanılıb. Bu barədə "Turan” məlumat yayıb.

Bağlanan obyektlərin sahibləri bildiriblər ki, bu göstəriş Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən gəlib. Bununla belə qadağanın səbəbi barədə heç bir açıqlama və ya izahat verilmir.
Bu gün səhərdən isə muxtar respublikanın digər şəhər və kəndlərindəki internet-klublar da bağlanıb. Yerli müxalifətçilərin fikrincə, bu, qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır. Çünki son vaxtlar Naxçıvanda sosial şəbəkələrdən istifadə halları xeyli artıb, fəal istifadəçilər çoxalıb. Hakimiyyət orqanları internet vasitəsilə stimullaşdırılan kütləvi etirazların təşkilindən ehtiyatlandıqları üçün bu addımı atırlar.

Qeyd edək ki, bu, Naxçıvan "xan”ı Vasif Talıbovun ilk belə əcaib göstərişi deyil. İndiyə qədər də Naxçıvanda belə qeyri-adi qadağalar tətbiq olunub. V.Talıbov insanların toplaşa biləcəyi sosial obyektləri - kafeləri, çayxanaları, hətta bərbərxanaları da bağlatdırıb. Küçədə bir neçə nəfərin bir yerdə gəzməsi hallarına qadağa qoyulduğu vaxtlar da olub. Hətta balkonlardakı zivədən paltar asmaq, yas məclislərində ehsan vermək, təndirdə çörək bişirmək də Naxçıvanda yasaq edilən məsələlərdir... 

Virtualaz.org
Şərhlər : 3 Şərh yaz
Mixaylo 24 avqust 2013 17:16  
Fuzulide kabab bisirmek qadagan olundu
Aliya 26 avqust 2013 09:35  
Cənab Şultsun əmrinə əsasən küçədə-bacada iki-iki gəzmək qadağandır. Naxçəvan qaladovka edir təndirə çörək bişirmək olmaz, yasaqdır.
ДЖАВАНШИР 14 iyun 2014 09:18  
Bütün xeyrimiz Naxçıvan torpağından başıayır.Naxçıvan bizim Stalinqradımızdır.Naxçıvan olmasa erməni çox at oynadar.Qələbə Naxçıvandan başlayacaq.İNŞAALLAH.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti