I sinfə gedəcək şagirdlərin sayı açıqlandı

20-08-2013, 11:24
Oxunub: 1193


Təhsil Nazirliyi bu il birinci sinfə gedəcək şagirdlərin sayını açıqlayıb.

Etatist.com-un Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2013-2014-cü tədris ilində ümumi təhsil məktəblərində I sinfə gedəcək şagirdlərin gözlənilən sayı 141 166 nəfərdir. Onlardan 74 998 nəfəri oğlan, 66 168 nəfəri qızdır.

2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135 541 nəfər olub (73 182 oğlan, 62 359 qız).

Xatırladaq ki, indiyədək 600 nəfərdən yuxarı uşaq vaxtından əvvəl birinci sinfə qəbul üçün müsahibədən keçirilib, onlardan təxminən 50 faizinin I sinfə qəbuluna razılıq verilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti