Mikayıl Cabbarova sözü olanlara

20-08-2013, 11:22
Oxunub: 1095


Təhsil naziri Mikayıl Cabbarov Siyəzəndə vətəndaşları qəbul edəcək.

Etatist.com-un Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 24-də saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Siyəzən şəhərindəki Gənclər Evində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Siyəzən, Quba, Xaçmaz, Şabran, Qusar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya office@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti