Azərbaycanda yeni partiya yaradılır

14-08-2013, 13:31
Oxunub: 1295


Yaxın günlərdə Azərbaycan siyasi müstəvisinə yeni partiya daxil olacaq.


Etatist.com-un Modern.az-a istinadən verdiyi xəbərə görə, bu quruma Milli Məclisin deputatlarından biri rəhbərlik edəcək. Qeyd edək ki, bunu yeni yaradılacaq partiyanın adının açıqlanmasını istəməyən mənbə bildirib. 


"Partiyanın sədri də artıq məlumdur. Sadəcə onun adını çəkmək istəmirəm. Yaxın günlərdə hər şey ictimaiyyətə açıqlanacaq. Yalnız onu deyə bilərəm ki, hazırda partiyaya rəhbərlik edəcək komanda formalaşır. Həmçinin partiyanın fəaliyyət göstərəcəyi ofis və digər texniki məsələlər həll olunur”.


Partiyanın siyası kursuna gəlincə, onun müstəqil bir qurum olaraq fəaliyyət göstəriləcəyi bildirilib: "Hər halda bu partiya bütün iqtidaryönlü siyasi qurumları kölgədə qoyacaq. Buna yaxın zamanlarda özünüz şahid olacaqsınız”.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti