Vahid Ələkbərovun yataqlı təyyarəsi

13-08-2013, 11:03
Oxunub: 3010


"Forbes” jurnalı varlıların istifadə etdiyi təyyarələrin fotolarını yayıb.

 

Etatist.com modern.az-a istinadən bildirir ki, onların arasında "Lukoyl”un prezidenti, azərbaycanlı biznesmen Vahid Ələkbərovun da istifadəsində olan şəxsi təyyarə var. "Forbes” V. Ələkbərovun istifadə etdiyi iki təyyarə barədə məlumat verib. Onlardan biri Bombardier Challenger 605 və Airbus ACJ319 təyyarələridir.


Airbus ACJ319 təyyarəsi biznes –cet olaraq bahalı müştərilər üçün nəzərdə tutulub.

Airbus ACJ319 təyyarəsində tualet, yataq otağı, qəlyanaltı etmək üçün yer və oturacq kreslolar var. Təyyarə 11 min 650 km məsafə qət edir.

"Forbes”in 2012-ci il üçün açıqladığı Rusiyanın ən varlı biznesmenləri siyahısında "Lukoyl”un preidenti Vahid Ələkbərov 5-ci yerdə durur.

Etatist.com Vahid Ələkbərovun təyyarəsinin fotolarını təqdim edir:




 

 


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti