Faiq Azər: Bu filmin ruhu

12-08-2013, 16:13
Oxunub: 1597
Bu filmin ruhu


Film insana heç bir şey öyrədə bilməz.

Çünki, insanlıq heç bir şey öyrənə bilməyəcəyini son 4000 ildə sübut etmişdir. Film insanı tərbiyə etmək üçün yaradılmamışdır. Film sənətçi ruhunun üsyanıdır. Mən bu ruhun ən mükəmməlini Andrey Tarkovskidə gördüm. Məncə A.Tarkovski ruhun mükəmməliyini səhnələşdirdiyi üçün bu sözlərə layiqdir. Çünki, onun dediyi kimi "Ruhun mükəmməliyini arzulamayan heç bir insan dəyərli deyildir". İndi isə sizə qısa olaraq A.Tarkovski filmlərindən danışım.

Mənim A.Tarkovskinin ən bəyəndiyim filmlərindən biri "Nostalgiya" filmidir. Əlbəttə, izləməyənlər anlamazlar bu filmi. Filmin əsas məğzi səyahətə gedərək daxili bir macəraya çevrilərkən mistik bir işıqlanma, ailəsindən uzaq qalaraq daxili sıxıntılar yaşayan və həmyerlisi bəstəkar Sosnovskinin həyatını araşdırmaq üçün İtaliyaya gələn şairdən bəhs edir. Film şairin və onun gənclikdən tanıdığı qadın dostu ilə dialoqundan başlayır. Eduard Artemiyevin bəstələdiyi musiqilər isə həqiqətən filmi möhtəşəm edir. Mənim bu filmdə ən çox sevdiyim səhnə isə "bir dəlinin bağırtısı" səhnəsidir.

O səhnədə: "Toplum belə parçalanmaqdansa yenidən bir yerə gəlməli. Sadəcə təbiətə bax və həyatın nə qədər sadə olduğunu görəcəksən. Bir zamanlar olduğumuz yerə dönməliyik. Yanlış tərəfə döndüyün nöqtəyə" sözləri, gerçəkdən də bu filmin məna filmi olduğunun isbatıdır.

A.Tarkovskinin unudulmaz filmindən sizə çox qısa bəhs etdim. Çünki, bu filmlə mənim aramda sizlərə ifadə edə bilmədiyim bir əlaqə var. "Bunu heç bəyənmədim", "heç də maraqlı deyil" deyə bilərsiniz. Belə olduğu halda filmi anlamamısınız deyə bilərəm. Çünki, yalnız bu halda acı çəkərək sənəti həyat tərzi etmiş gərgin insanları anlamağa qadir olmadıqlarının gerçəyi ortaya çıxır. "Superman" və "2012" filminin sənətlə və sənətçi ilə heç bir əlaqəsi yoxdur. Sənəti və film zövqü, ruhunun mükəmməl və yüksək olan insanlar yarada bilər. Əlbəttə ki, mütləq yaradıcı ilə təmasda olaraq! Sənət Yaradanla birgə daha möhtəşəmdir!
Şərhlər : 1 Şərh yaz
Azər Faiqoğlu 13 avqust 2013 13:32  
Mən səni və sənin dünyaya baxışlarını bəyənirəm.fəsəfi və optimist fikirlərinlə addımla İrəli və bilki mən və səni anlayanlar arxandayız!Gülə-gülə OĞLUM!!!!!!!!
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti