Rusiyadan miqrantlara daha bir ağır zərbə

9-08-2013, 10:19
Oxunub: 1996


Rusiyada olma və əmək fəaliyyəti qaydalarını pozan miqrantlara qarşı tətbiq edilən cərimələr avqustun 9-dan etibarən Moskva, Peterburq şəhərlərində və həmçinin Moskva və Leninqrad vilayətlərində artırılaraq 7 min rubl təşkil edəcək.

Etatist.com-un apa-ya istinadən verdiyi xəbərə görə, müvafiq qanunu Dövlət Duması ötən həftə üçüncü yekun oxunuşda qəbul edib. Qanun Rusiya prezidenti Vladimir Putin tərəfindən  təsdiqlənib.

 

Qanuna əsasən, əgər xarici vətəndaş qeyd olunan bölgələrdə miqrasiya qanunvericiliyini pozarsa, o, 7 rubl məbləğində cərimələnərək, ölkədən inzibati qaydada çıxarılacaq.  

 

Rusiyanın digər bölgələrində qeyd olunan qaydalar pozulduqda, miqrantlar, barələrində 5 min rubl  cərimə tətbiq edilməklə, ölkədən çıxarılacaq.

 

Qeyd edək ki, əvvəlki qanuna görə,  ölkəyə giriş və əmək fəaliyyəti ilə məşğul olma qaydalarını pozan miqrantlar ya cərimə olunurdular,  yaxud da ki, ölkədən çıxarılırdılar.  


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti