Namaz qılmaq istəyənlər məscidə buraxılmayıb

8-08-2013, 11:22
Oxunub: 2302


Bayram namazı qılmaq istəyənlər məscidə buraxılmayıb.


Şamaxı Astrofizika Rəsədxanası yeni ayın bu gün göründüyünü bildirsə də bəzi müsəlmanlar bu günü bayram etmir. Səbəb isə İran İslam Respublikasında bayramın bu gün olmadığının açıqlanmasıdır. 

 

Təzə Pir məscidinə bayram namazı qılmağa gedənlərin Etatist.com-a verdiyi məlumata görə həmin məscidə bayram namazı qılmağa gedənlər geriyə qaytarılıb və bu günün bayram olmadığı bildirilib. Məsələylə bağlı Qafqaz Müsəlmanları İdarəsilə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən olmadı.

 

Qeyd edək ki, bir neçə gün öncə Şamaxı Astrofizika Rəsədxanası və QMİ arasında bu məsələyə görə qalmaqal yaranmışdı.

 

Qarşı tərəfin də fikirlərini yayımlamağa hazırıq.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti