Obamadan Suriyaya Ramazan hədiyəsi

8-08-2013, 09:28
Oxunub: 751


Amerika Birləşmiş Ştatları Suriyaya 195 milyon dollar dəyərində daha bir humanitar yardım göstərəcək.

 

Etatist.com-un anpress-ə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamenti xəbər yayıb.


Departamentin bəyanatında deyilir: "Ramazan bayramı ilə əlaqədar olaraq, Prezident Barak Obama bu gün 195 milyon dollar dəyərində humanitar yardım ayrılacağını açıqlayıb. Bu, insanların həyatını xilas etməyə, qida təminatına, tibb xidmətləri göstərməyə və Suriyada davam edən münaqişənin toxunduğu şəxslərə ilkin kömək etməyə imkan verəcək".

Qeyd edək ki, ABŞ hal-hazırda Suriyanın 14 əyalətində 3,5 milyon nəfərə humanitar yardım edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti