Fəzail Ağamalı: "Mömin qardaş və bacıları təbrik edirəm"

7-08-2013, 13:56
Oxunub: 837


Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Azərbaycan xalqını təbrik edib.
 
Etatist.com-un xəbərinə görə, Ramazan bayramı ilə bağlı təbrikdə F.Ağamalı, tutulan orucların Allah tərəfindən qəbul olunmasını arzu edib:

"Sizləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

On bir ayın sultanı, müqəddəs Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları xeyirxahlığa, birliyə, qardaşlığa, bərabərliyə səsləyir. Dünya müsəlmanları bu ayda Allah və din qarşısında öz borclarını vermək fürsəti qazanırlar. Xalqımız mübarək Ramazan ayını böyük fərəhlə qarşılayır və yola salır. Uca Tanrıdan dünyamıza sülh, xalqımıza əmin-amanlıq və firavan gələcək üçün diləklər edilir. Vətən uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxunur. 

Bir daha hər bir müsəlmanın əziz bayramı olan Ramazan bayramı münasibətilə bütün mömin qardaş və bacıları təbrik edir, uca Tanrıdan dualarınız, arzu və niyyətlərinizin qəbul olmasını diləyirəm! Allah orucunuzu qəbul eləsin!".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti