Daha bir əsgərimiz vəfat etdi

3-08-2013, 15:26
Oxunub: 1039


 Azərbaycan Ordusu daha bir əsgərini itirib.

Etatist.com-un APA-a istinadən məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb.
 
Həmin hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Bayramov Rövşən Mirkərim oğlu xəstəlikdən dünyasını dəyişib. Onun ölümünə kəskin ürək çatışmazlığı səbəb olub.
 
Əsgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya fakt təsdiqlənib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti