İTV-dan direktor müavini işdən çıxarıldı

1-08-2013, 18:20
Oxunub: 951


İctimai Televiziyanın Gənclər, Elm və Təhsil Departamentinin direktor müavini Ruhəngiz Qarayeva işdən çıxarılıb. 

Bu barədə "Qafqazinfo”ya Ruhəngiz Qarayevanın özü məlumat verib.

Ruhəngiz Qarayeva bildirib ki, bu gün kadrlar şöbəsinin müdiri onu yanına çağıraraq ərizəmlə işdən çıxmağını istəyib: "Cəmil Quliyev müsahibələrinin hamısında bildirirdi ki, peşəkarlığa üstünlük verəcək. Ən azından o məni qəbul etməli, nəyə görə işdən çıxardığını deməli idi. Amma qəbul etmədi. Yəqin ki, məni İsmayıl Ömərovun komandası hesab edirlər, ona görə getməyimi istədilər. Kadrlar şöbəsinin müdiri işdən çıxarılmağıma səbəb kimi icazəsiz 1 həftə Azərbaycanda olmadığını bildirdi.  Fikrimcə, buna görə töhmət vermək olardı, nəinki işdən çıxarmaq”.

Ruhəngiz Qarayeva əlavə edib ki, onun rəhbərliyi altında "Addım-addım” verilişi 5 ildir ki, İTV-nin efirində yayımlanır: "3 ildir ki, həmin veriliş süjetli formada efirə hazırlayırdıq. Azərbaycan cəmiyyətində belə verilişə ehtiyac olduğunu bildirmək istəyirdim. Artıq veriliş özünü təsdiq edəndən sonra iki ildir ki, studiya variantında çıxırdıq. Mən 20 ildir ki, uşaq psixologiyası ilə məşğulam. Müsabiqə yolu ilə İTV-yə daxil olmuşam. Məqsədim valideynləri uşaq tərbiyəsi ilə bağlı məlumatlandırmaq idi”.

Şərhlər : 1 Şərh yaz
Vətən sevdalı 14 noyabr 2013 10:10  
Bu yerləri tutmağa tamahlılara pulsuz məsləhət:"Maddi im
kanlarınızı cəmləyin.Qohum-qardaşa da ağız açmaq qəbahət
sayılmaz".
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti