Bəhruz Əli

19-11-2012, 18:23
Oxunub: 2021
Heç vaxt


Daha yazmıram sənə.
Yazmayacam da heç vaxt.
Əzab verib əllərimə,
Toxunmayacam heç vaxt.
Gedəcəm bu şəhərdən
Qaçaraq, uzaqlara.
Dəniz kənarında yıxılıb,
Səriləcəm qumlarda
Bu xəstə vücudumla.
Təravətsiz bədənlə,
Yorğun həsrətin.
Başına daş salacam,
Sənə heç vaxt yazmayacam.

Sən uşaqlar doğarsan.
Sən uşaqlar doğacaqsan,
Sənə oxşamayacaqlar.
Onlara bağlanacaqsan,
Səni saymıyacaqlar.
İnanıram buna mən
İki uşağın olacaq.
Onları hədələyəcəksən
Evə tez gəl, deyəcəksən.
Sonra böyüyəcəklər,
Səndən şikayətlənəcəklər.
Danışacaq dostlarına,
Menim belə anam var,
Yaşamıram onunla
Müqəddəsliyi də dar.

Yox, Sən Deyilsən…
Bu keçən günlərin bir qatili var.
O, qatil sənmisən? Yox, sən deyilsən.
Bilirsən qəlbimdə neçə payız var?!
Yağışlar, yarpaqlar, bu payız sənsən?
Uzaqdan üzümə bir uşaq baxır,
Ətrafdan, pislikdən tamaşa alır.
İndi gözlərindən tutqun yaş axır,
O gözlər sənmisən? Yox, sen deyilsən.
Danışım sevgidən, danışım eşqdən
Danışım səmadan, danışım rəngdən.
Danışım titrədən o təbəssümdən,
Bu gülüş sənmisən? Yox, sen deyilsən.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti