Anadolu Universiteti qanunsuz elan edildi

26-07-2013, 16:48
Oxunub: 3061


Təhsil Nazirliyi Türkiyənin Anadolu Universiteti ilə bağlı məsələyə aydınlıq gətirib.
 
Etatist.com-un lent.az-a istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyi bəyan edib ki, Anadolu Universiteti Türkiyənin qanuni fəaliyyət göstərən ali təhsil müəssisəsidir.
 
Lakin bu universitetin Bakıdakı filialı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb, onun təhsil fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilməyib. Filialın qanunsuz fəaliyyəti barədə Təhsil Nazirliyi tərəfindən universitetin rəhbərliyinə, Azərbaycanın Türkiyədəki səfirliyinə müvafiq məktublar göndərilib. 
 
Təhsil Nazirliyi Atatürk Universitetinin Azərbaycanda filialının yaradılması barədə də nazirlikdə məlumat olmadığını bildirir.
 
Xatırladaq ki, Etatist.com bu təhsil müəssəsində qanunsuzluq olduğunu qeyd etmiş və buna müvafiq olaraq araşdırmalar aparmışdır.
Şərhlər : 1 Şərh yaz
sefiqe 27 iyul 2013 01:45  
tehsil nazirliyi evvel terefdas qurumla filialin ferqini oyrensin,Bakida hansinin-filialin, yoxsa terefdas qurumun fealiyyet gosterdiyini oyrensin,sonra qanunsuz sayar. yalniz onda haqqi catar baglamaga.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti