Təhsil Nazirliyindən müəllimlərə xəbərdarlıq

26-07-2013, 14:48
Oxunub: 1908


"Hər hansı bir müəllimin valideynləri məcbur edərək onların övladlarına pul müqabilində əlavə dərs keçməsi anti-pedaqoji hərəkətdir”.


Lent-in Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsinə istinadən xəbərinə görə, orta məktəb rəhbərləri bu cür hallara qarşı prinsipial mövqe tutmalıdırlar: ""Təhsil haqqında” qanunun 19.18-ci bəndinə görə, dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Bütün orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olduğunu iddia etmək obyektivlikdən uzaqdır. Bununla belə, müasir tələblərə cavab verməyən məktəblərin hələ də olması həqiqətdir. Nazirlik növbəti dərs ilində belə məktəblərin fəaliyyətinin araşdırılması və lazımi təkliflərin hazırlanması üçün tədbirlər müəyyənləşdirir”.
 
Nazirlikdən həmçinin bildirilib ki, 2013-2014-cü dərs ilində ibtidai siniflərlə yanaşı, V, VI siniflərdə də tədris yeni fənn proqramları (kurikulumları) əsasında tədris olunacaq. Əvvəlki illərdə istifadə olunan 2-ci sinif dərslikləri növbəti dərs ilində də qüvvədə olacaq.
Şərhlər : 1 Şərh yaz
emin 6 sentyabr 2013 14:05  
is dəftərləri də islənəcək
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti