"Ülvira Qarayeva baş redaktor olmayıb"

25-07-2013, 15:21
Oxunub: 1247


ANS PRESS saytının əməkdaşı Ülvira Qarayevanın işdən qovulması ilə bağlı məlumatlar yayılıb.

ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədov bu barədə mətbuatda yayılan informasiyalara aydınlıq gətirib. 

O, bildirib ki, Ülvira Qarayeva baş redaktor vəzifəsini daşımayıb. "Ü.Qarayeva menecer kimi fəaliyyət göstərirdi. Onunla müqavilə müddəti bitdiyi üçün vidalaşmışıq. Ola bilər ki, gələcəkdə onunla başqa vəzifəyə yenidən müqavilə bağlandı. Onun ətrafında nə üçün belə ajiotaj yarandığını anlamırıq".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti