"Lukoyl" siyahıda geriləməyə başladı

23-07-2013, 18:40
Oxunub: 824


Etatist.com-un Aznews.com-a istinadən verdiyi xəbərə görə, Azərbaycanlı iş adamı Vahid Ələkbərovun rəhbərlik etdiyi "Lukoyl” şirkəti dünyanın ən bahalı şirkətlərinin reytinq cədvəlinə daxil edilməyib.

 

"The Financial Times” xəbər verir ki, FT Global 500-ün təqdim etdiyi reytinq cədvəlindəki ilk 50 yerdə ümumiyyətlə, heç bir Rusiya şirkəti yer almayıb. 


Rusiyanın "Газпром” şirkəti siyahıda ancaq 57–ci yeri tutub. Bir il ərzində şirkət 26 sıra geriləyərək, Amerikanın "Walt Disney” и MсDonald`s şirkətləri arasında yer alıb. 
"Lyukoyl”isə bu siyahıda 10 sıra geriləyərərk ancaq 142-ci yerdə qərarlaşıb. 

50 ən bahalı şirkətin reytinq siyahısına düşmək üçün 2013-cü ilin 28 martına qədər ən azı 19,5 milyon dollar kapitala sahib olmaq tələb olunurdu.

Reytinq cədvəlində ilk yeri isə "Apple” tutub. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti