Obamadan prezidentə ismarış

20-07-2013, 19:58
Oxunub: 859


ABŞ prezidenti Barak Obamanın İranın yeni prezidenti Həsən Ruhaniyə Ankara vasitəsilə müxtəlif mesajlar göndərdiyi məlum olub. 

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın kəşfiyyat xarakterli xəbər saytlarından birinin Qərbdəki diplomatik mənbələrə əsasən verdiyi xəbərdə, Obamanın bu mesajlar vasitəsi ilə Tehrana yüksək səviyyəli dialoq qurmaq təklifi etdiyi və bu yolla Vaşinqtonla Tehran arasında uzlaşmanın təmin edilə biləcəyi bildirilir.

Saytın məlumatında, rəsmi Tehran Ağ Evdən nüvə proqramı da daxil olmaqla bəzi güzəştlər gözlədiyi qeyd olunub.

Ağ Ev isə öz növbəsində avqustun 4-də vəzifəsinin icrasına başlayacaq İranın yeni prezidenti Həsən Ruhani ilə yeni bir başlanğıc etməyi arzu etdiyini bəyan edir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti