Nəqliyyat vasitələrinin texniki baxış rüsumu qalxır

18-12-2012, 16:54
Oxunub: 8073


Azərbaycan Milli Məclisinin İqtisadi siyasət Komitəsinin bu gün keçirilən iclasında «Dövlət rüsumu haqqında» qanun layihəsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə komitə sədri Ziyad Səmədzadə məlumat verib.

Qanunda edilən dəyişikliyə görə, nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun məbləğinin 10 manatdan 20 manata qaldırılması təklif olunur. Motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün nəzərdə tutulan rüsum 5 manatdan 10 manata qaldırılacaq. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün rüsum 10 manatdan 20 manata qaldırılacaq.

 

Bununla yanaşı, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün bəzi rüsumların artırılması da təklif olunur. Belə ki, sürücülük vəsiqəsinin verilməsinə görə rüsumun avto-moto nəqliyyat vasitələri üçün 15 manatdan 18 manata qədər artırılması təklif olunur. Qanuna edilən yeni əlavəyə görə, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşqularının idarə edilməsi üçün sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsum 5 manat müəyyən edilib.

Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

APA 

 

Şərhlər : 3 Şərh yaz
Natiq 15 aprel 2013 23:10  
Gündə bir qanun çıxardırlar.Maşına pərdə icazə verilir.Bu hamısı aferadır.Pərdəni satır aksesuar satıb qurtardıqdan sonra ona yenə qadağa qoyurlar.Ümumiyyətlə texniki baxışı yığışdırmaq lazımdır nəinki onun qiymətini qaldırmaq.Bax sizin hamınızdan soruşuram nə üçün qiyməti qaldırırlar.O da yanacaq sərf etmir ki.Hörmətli sürücülər Bakınin Nizami rayonunda HBZ dairəsində DYP hər axşam fəğan edir.Rüşvət alırlar nəyi var nəyi yox.

Hörmətli redaksiya DYP məni saxladıqda çəkiliş aparmağa ixtiyarım çatırmı?
Sözüm siqnal verlişində çıxış edən Kamran müəllimədir.Kamran müəllim siz Bakı şəhəri Nizami r-nu NBZ dairəsindən üzü Neftçilər st-na sarı gedən sürücüləri sizin DYP işçiləri hər axşam sürücüləri incidirlər.Kamran müəllim yığışdırın bunlari
Qadir 22 iyul 2013 15:36  
Bizim millet cox dozumludur.
Abdulla 22 oktyabr 2013 11:06  
Bu ölkədə hər şey qalxır, enən bir şey yoxdur. bir çox ölkədə texniki baxış adında bir şey yoxdur. O ki, qaldı qəzalara, onlar texniki nasazlıqdan baş vermir, sürət və sərxoşluqdan baş verir. İnsafınız olsun ay insafsızlar.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti