Polkovnik-leytenant qəzada həlak olub

18-12-2012, 13:14
Oxunub: 2390


Xətai rayonunda "Mercedes” markalı minik avtomobili və yük avtomobili toqquşub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb, sərnişini xəsarət alıb və xəstəxanaya aparılıb.

Xətai Rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Daxili İşlər Nazirliyinin Metropolitendə Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Mais Əhmədovdur.

3 saylı Şəhər Klinik xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə nəticəsində xəsarət almış sərnişin qadın olub. Onun kimliyi hələlik açıqlanmır.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti