KXCP seçki ilə bağlı qərarını gələn ay verəcək

15-07-2013, 17:23
Oxunub: 1260


Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sessiyası gələn ay olacaq. 

Etatist.com-un məlumatına görə, bu barədə AzNews.az-a KXCP-nin sədri Mirmahmud Mirəlioğlu məlumat verib. 

O deyib ki, partiyanın qarşıdan gələn prezident seçkilərində öz namizədi ilə iştirak edib-etməyəcəyi ilə bağlı məsələ də Ali Məclisin növbəti toplantısında müzakirəyə çıxarılacaq. 

Qeyd edək ki, KXCP Milli Şurada qurumun sədri Rüstəm İbrahimbəyovun vahid namizədliyinə səs versə də, partiya sədr M.Mirəlioğlunun namizədliyi ilə bağlı qərar verib. M.Mirəlioğlu partiyanın seçkidə iştirakla bağlı qərarına Ali Məclisin sessiyasında baxılacağını bildirmişdi. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti