Ottavada tədbir keçirilib

18-12-2012, 10:21
Oxunub: 913


Bazar ertəsi Kanadanın Ottava şəhərində fəaliyyət göstərən "Qarabağ" adlı Azərbaycan dili məktəbinin təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tədbir zamanı qeyd olunan həftəsonu məktəbdə oxuyan şagirdlərin ifasında Azərbaycanın Dövlət himni, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə xas olan bir sıra şeir və musiqilər səsləndirilib.

Qeyd edək ki, "Qarabağ" adlı Azərbaycan dili məktəbi 2011-ci il sentyabrın 10-da Kanadanın Ottava şəhərində fəaliyyətə başlayıb. Qeyd olunan məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilib. Məktəbdə Azərbaycan dilinin tədrisi Vüsalə Əhmədova tərəfindən həyata keçirilir.

 

Trend 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti