Qışa görə Metropoliten işini gücləndirdi

18-12-2012, 10:09
Oxunub: 1668


Qış mövsümü ilə əlaqədar Bakı Metropoliteninin sahə işçiləri gücləndirilmiş iş rejimində işləyir və ehtiyat işçi qüvvəsi ayrılıb.

Metropolitendən APA-ya verilən məlumata görə, metropoliten qışa idarə rəisinin müvafiq əmri ilə yaydan tədarük görməyə başlayır: «Yay dövründə bu məsələyə baş mühəndisin iştirakı ilə Texniki Şuranın iclaslarında baxılır. Payız aylarında isə son vəziyyət bir daha araşdırılır. Xidmət və sahələrin qışa hazırlığına son qiyməti isə illik yoxlamalar verir».

  "Qışın ən çox maneələr törədə biləcəyi və «Nərimanov» elektrik deposu və «Bakmil» stansiyasının açıq havada yerləşən dəmir yollarında qarla mübarizə üçün avadanlıqların hamısının hazır vəziyyətə gətirilib və təftiş edilib", - deyə metropolitendən bildirilib.

  Metropolitendən həmçinin bildirilib ki, sahə işçiləri təlimatlandırılaraq, bütün mexanizm, avadanlıq və alətlərlə təchiz olunublar. Bu ərəfədə yüksək təzyiqli hava borularının yararsız olanları yenilənib, qalanları isə təmir olunub: "Xidmət rəhbərliyi işçilərlə birgə xüsusi yaradılmış qarla mübarizə qərargahında olur. Əsas işlərə nəzarət edən baş yol ustası və yol ustaları isə bu günlərdə nəzarəti gücləndirməklə, özləri də yolların intensiv yoxlanmasında iştirak edirlər".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti