Beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan da təmsi olunur

17-12-2012, 21:41
Oxunub: 913


 

Dekabrın 15-18-də Ukraynanın paytaxtı Kiyev şəhərində III Kiyev Beynəlxalq kitab sərgi-yarmarkası keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərgidə ölkəmizi nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov və məsləhətçisi Elbəy Əli təmsil edirlər.

Xüsusi dizaynla hazırlanmış stendimizdə dövlətçilik tariximiz, Qarabağ həqiqətləri, azərbaycanlıların soyqırımı, mədəniyyətimiz, tariximiz barədə Azərbaycan, ingilis və rus dillərində nəfis tərtibatlı nəşr məhsulları - kitablar, turizm potensialımız haqqında müxtəlif bukletlər və digər çap məhsulları sərgi iştirakçılarına təqdim olunur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti