Putin və Nazarbayev "SSRİ"-ni yaradırlar

8-07-2013, 16:37
Oxunub: 8147


Avrasiya İqtisadi Məkanı və Vahid Gömrük İttifaqı gələn il yaradılacaq”. 

 

Etatist.com-un məlumatına görə, bu bəyanatla Qazaxstan prezidenti Nursultan Nazarbayev Astanaya səfərə gəlmiş Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı çıxış edib.

N.Nazarbayevin sözlərinə görə, Rusiya prezidenti ilə Astanada keçirdiyi görüş zamanı iki ölkə arasında siyasi münasibətlər, Gömrük İttifaqı və Vahid İqtisadi Məkan barədə müzakirə aparıblar.   

V.Putin isə öz növbəsində N.Nazarbayevi Vahid Gömrük İttifaqının banisi adlandırıb. 
"Bu ideya sizə məxsusdur. Siz Gömrük İttifaqı ideyasının banisisiniz. Biz bu ideyanı genişləndirmişik”-deyə Putin vurğulayıb.

Rusiya prezidenti bildirib ki, bu, postsovet məkanında böyük addımdır. "Biz indi bunun səmərəsini hiss edirik. Dünya iqtisadiyyatında baş verən bugünkü problemlərlə müqayisədə bu daha aydın görünür”-deyə Kremlin sahibi qeyd edib.   

"Bütün hallarda inteqrasiya xarakterli bu münasibətlər bizə bu yöndə dünyada baş verən problemlərə nəzər salmağa imkan verir”-deyə Putin əlavə edib.

Xatırladaq ki, Azərbaycan Vahid Gömrük İttifaqına qoşulmaqdan imtina edib. 

Şərhlər : 3 Şərh yaz
fakt 15 dekabr 2013 00:44  
bogazlnlzda qalacaq
CCCP 8 mart 2014 19:27  
CCCP gelir dunya qorxur xa xa xa xa xa
Yalchin 9 mart 2014 18:01  
Manyak, senin ucun esas dunyanin qorxmasidir, yoxsa insanlarin rahat yashamasi?
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti