Siyasətçilərimiz hansı mahnıları dinləyir?

8-07-2013, 16:16
Oxunub: 511


Azərbaycan siyasətçilərinin ideoloji baxışlarını, siyasi addımlarını bilsək də. Hər gün qəzetlərdə onların hansısa çıxışlarını oxusaq da, həmin siyasətçilərin dincələrkən hansı musiqiləri dinlədiyini bilməmişik.


Etatist.com siyasətçilərin daha çox hansı musiqiləri dinlədiyini öyrənməyə çalışıb. Keçmiş baş nazir Pənah Hüseyn klassik, həm də milli musiqiləri sevdiyini bildirdi:


"Ümümiyyətlə mən həm milli həm də klassik musiqi sevirəm. Həm də bəstəkar mahnıları, da istər milli tərzdə olsun istərsə də estrada, pop, klassik romanslar... Yeni yaranmış cəryanların fanatı olmasam da, kimlərsə sevirsə ona da normal yanaşıram.


Keçmiş daxili işlər naziri İsgəndər Həmidov muğama üstünlük verdiyini bildirdi:

 

"Klassik muğamlara üstünlük verirəm. Muğam növlərindən ən çox xoşuma gələn Seygahdı, Cahargahdı. Xanəndələrdən ən çox Yaqub Məmmədovdu, cavanlardan Arif Babayevi dinləyirəm. Xarici müsiqilərindən ancaq İtaliyan müsiqilərinə üstünlük verirəm. Yenədə kklassik müsiqilər... Azərbaycanda cavan ifaçıların içində Röyanın bəzi mahnılarına qulaq asıram”.


Ümid Partiyasının sədr müavini Ruslan İzzətli xüsusi olaraq dinlədiyi bir janrın olmadığını bildirdi:

 

"Xüsüsi qulaq asdığım bir janr yoxdur. Bəlkə doğulduğum yerlə əlaqəli olaraq muğam bir az mənə yaxındır. Amma hər gün kompyuterimdə və yanımda olan müsiqi Əhməd Qayanın müsiqiləridir. Əslinə qalsa hansı müsiqi qulağıma yatırsa və əhvalıma uyğundursa onu dinləyirəm”.


Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı: "Bu əhval ruhiyəyə görə dəyişir, amma adətən mənim dinlədiyim müsiqilər əhvalımı yüksəltmək üçün olur və ümümiyyətlə müsiqiyə çox qulaq asmıram. Bəzən insanlar deyir ki, müsiqi mənim ayrılmaz hissəmdir. Məndə belə deyil. Ən sevdiyim müsiqiçi Fred Merkuidir - Queen qrupunun lideri. Xüsusən də "Queen”in "Show must go on”, "We will rock you” mahnılarına qulaq asıram. Bundan başqa tam rock olmayan bir az daha Maykl Ceksonun mahnılarına yaxın olan mahnıları dinləyirəm ki, işə həvəsləndirsin, pozitiv enerji versin. Məndə o qəmli mahnılara qulaq asmaq kimi anlar olmur. Mahnılara qulaq asıb ağlayan insanları da başa düşməkdə əziyyət çəkirəm. Mən bir yəhudi atalar sözü oxuduqdan sonra düşündüm ki, musiqi barəsində düz yoldayam: "Bizim o qədər vaxtımız yoxdur ki, müsiqi dnləyək”” - deyə bildirdi.

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, daha çox muğama üstünlük verdiyini, amma bütün janrda olan musiqiləri dinlədiyini bildirdi.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti