Milli Şura sabah Rüstəm İbrahimbəyovla bağlı qərar verəcək

8-07-2013, 13:00
Oxunub: 1675


Sabah Milli Şuranın növbəti sessiyası keçiriləcək.

 

Bu barədə Modern.az saytına Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev məlumat verib. Sessiya Açıq Cəmiyyət Partiyasının qərargahında, saat 11:00-da başlayacaq.

İclasda Rüstəm İbrahimbəyovun seçki qərargahının yaradılması ətrafında müzakirələr aparılacaq. Z.Quliyev sözlərinə görə, sabahki sessiyada daha çox təşkilati məsələlər baxılacaq.

"Növbəti sessiyada əsas təşkilati məsələlər müzakirəyə çıxarılacaq.Komissiyaların, komitələrin yaradılması ilə bağlı məsələlər müzakirə olunacaq. Eyni zamanda bir neçə sessiyadır ki, Milli Şuraya yeni üzvlərlə bağlı müraciətlər daxil olur, bu məsələyə də baxılacaq”-deyə Z.Quliyev məlumat verib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti