Kiber terrorizm başladı

17-12-2012, 18:54
Oxunub: 1376


Dekabr ayının 17-də müsavat.com-un fəaliyyətində problemlər yaranıb. Belə ki, sayta girmək vaxt aşırı olaraq mümkün olmayıb. Az öncə "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu məsələyə facebookda status yazaraq münasibət bildirib:”Saytımıza kiber hücum gedir. Azərbaycandakı ermənilərimiz əl çəkmir də bizdən. Bizi zəif düşürmək, başarısız göstərmək, öz uğursuzluqlarını bizim problemlərlə maskirovka etmək üçün hər rəzalətə gedirlər. "Yeni Müsavat"ın internet məkanındakı şəriksiz liderliyi birilərinə həyatı haram edib.”
Xatırladaq ki, bu hücumlar "qafqazinfo.az” saytına və "musavat.com”-a eyni zamanda mütamadi olaraq edilməkdədir.
Daha sonra "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu "Media forum” saytına öz açıqlamasında bildirib ki, bir neçə gündür bəzi saytlar haker hücumuna məruz qalıb, əsas hədəf isə "Müsavat.com” və "Qafqazinfo.az” portallarıdır: "Bir neçə dəfə dayanmaq məcburiyyətində qalmışıq. Dekabrın 17-də hücumlar daha da intensivləşib. Ona görə də sayt fəaliyyətin dayandırıb. Hücumlar indi də davam edir”.
Baş redaktorun sözlərinə görə, hücumları kimin təşkil etdiyini müəyyənləşdiriblər: "Bunu yerli rəqiblərimiz təşkil edir. Kim olduğunu bilirik. İndi bunu sübuta yetirmək istiqamətində addımlar atırıq. Hücumları tanıdığımız, görüşəndə salamlaşdığımız həmkarlar təşkil edir. Bu, çox çirkin hərəkətdir. Bir neçə ay əvvəl də belə hücumlar olmuşdu. Xaricdəki provayderlərlə əlaqə saxlamışıq. Saytı qorumağa çalışırıq. Bizə çox böyük zərər vurulur. Kimlərsə öz saytlarına az insanın müraciət etməsinin, işlərinin pis getməsinin günahını bizim saytın daha çox ziyarət olunmasında görür”.
Məsələ ilə bağlı "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud Milli Təhlükəsizlik Nazirliyinə müraciət ediblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti