Tanap nə vaxt işə düşəcək?

17-12-2012, 17:18
Oxunub: 1442


Transanadolu qaz kəməri (TANAP) istər Türkiyə, istər Azərbaycan üçün strateji hədəfdir, deyə SOCAR-Turkey Enerji A.Ş şirkətinin rəhbəri Kənan Yavuz CNBCE telekanalına müsahibəsində bildirib.
Şirkət rəhbərinin sözlərinə görə, TANAP 5 ilə həyata keçirilməlidir. İstismarına 2018-ci ildə başlanılacaq.
Layihə "Şahdəniz” qazının Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ilkin buraxılış qabiliyyəti ildə 16 mlrd m3 olacaq. Bunun 6 mlrd m3-i Türkiyənin daxili bazarına, qalanı Avropaya tədarük ediləcək.
Amma layihənin icrası çox mürəkkəb məsələnin həllini tələb edir. Məsələ burasındadır ki, TANAP, "Şahdəniz” qazının Avropaya nəqli üçün digər kəmər (Nabucco West və ya ТАР) və Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi sinxron həyata keçirilməlidir. Müxtəlif konsorsiumların paralel olaraq üç boru kəmərini (ümumi uzunluq 3500 km) eyni vaxtda tikməsi asan məsələ deyil. Bunların birinin cədvəldən kənara çıxması bütün layihəni poza bilər. Ona görə TANAP-ın istismara veriləcəyi tarixi indi dəqiq demək çətindir.
TANAP 2011-ci ildə elan edilib. Boru kəmərinin planlaşdırılan gücü ilkin mərhələdə, 16 mlrd m3, ikinci mərhələdə 23 mlrd m3 (2023-cü il) 2026-cı ildə 31 mlrd m3, yekun mərhələdə 60 mlrd m3 olacaq. Bu kəmər türkmən qazını da qəbul edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti