Elektron Hökumət üzrə Təlim Mərkəzi yaradılacaq

17-12-2012, 15:44
Oxunub: 1095


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında Azərbaycanda Elektron Hökumət üzrə Təlim Mərkəzinin yaradılması layihəsinə dair ilkin razılıq əldə edilib.

 

Bakı şəhərində, həmçinin ayrı-ayrı regionlarda elektron hökumət üzrə təlim siniflərinin yaradılması və vahid sistemdə birləşdirilməsi nəzərdə tutulur. Mərkəz vasitəsilə dövlət qulluqçularının İKT, elektron hökumət sahəsində biliklərinin artırılması üçün təlim kurslarının təşkil olunması, həmçinin distant təhsil xidmətlərinin verilməsi planlaşdırılır.


Mərkəz dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində «e-hökumət» ideyalarının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin ümumi səviyyəsinin yüksəlməsinə, elektron xidmətlərin artmasına xidmət edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti