MTN-dən stomataloji kabinet rəhbərlərinə xəbərdarlıq

3-07-2013, 13:16
Oxunub: 2230


Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) və Milli Təhlükəsizlik Nazirliyi müvafiq qanunvericiliyə uyğun olaraq təsdiq olunmuş birgə tədbirlər planı çərçivəsində, qanunsuz fəaliyyət göstərən stomatoloji kabinetlərin aşkarlanması üçün reydlərə başlayıblar.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, yoxlamaların ilk günlərində 11 belə obyekt qeydə alınıb. Bu qanunsuz obyektlərin 1-i Nəsimi, 2-si Nərimanov, qalan 8-i isə Nizami rayonunda aşkarlanıb. Həmin müəssisələrinin rəhbərlərinə xəbərdarlıq olunub. 

Qeyd edək ki, DVAEM bu istiqamətdə reydləri davam etdirir. Növbəti reydlər zamanı digər qanunsuz stomatoloji kabinetlər aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.
Şərhlər : 2 Şərh yaz
Demosfen 3 iyul 2013 13:39  
MTN sahə inspektorunun funksiyasını icra etməməlidir,adına,o zamankı nüfuzuna görə tədbirlərdə iştirak etməlidir.
ali 3 iyul 2013 14:46  
GÖR NƏ GÜNLƏRƏ QALDIN BALAŞ..... HÖRMƏTDƏN DÜŞÜRSƏN YAVAŞ-YAVAŞ...
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti