11 nazir birdən istefa verdi

2-07-2013, 18:02
Oxunub: 1140


Misirdə baş verən qarşıdurmalardan sonra 11 nazir eyni zamanda istefa ərizəsi verib. Onlar hazırkı prezident Məhəmməd Mursinin siyasəti ilə razı olmadıqları üçün bu addımı atıblar. Nazirlərin müxalifətin tərəfinə keçəcəkləri istisna edilmir. Bu barədə məlumatı "Əl-Ərəbiyə" kanalı yayıb. 

Qeyd edək ki, bundan öncə 4 nazirin istefa verdiyi bildirilirdi. Onlara qoşulanlar siyahısında ədliyyə, mülki aviasiya naziri, dövlət başçısının müşaviri, Ordu Baş qərargah rəisi postunu tutan, eləcə də İsmayıliyyə və Soxaq şəhərlərinin qubernatoru olan Sami Anan da qoşulublar. 

Lakin, Mursi və baş nazir Hişam Kandil ərizələrin hamısını geri qaytarıb. 

Xatırladaq ki, Misirdə etiraz aksiyaları bazar günü - iyunun 30-dan başlayıb. Qahirə küçələrinə bir necə milyon insan çıxıb. Onlar hamısı prezident Mursinin istefasını tələb ediblər. Qarşıdurmalarda 7 nəfər ölüb, 300-dən çox adam yaralanıb. 

Silahlı qüvvələr prezidentə və yaxınlarına ölkəni tərk etməyi qadağan edib. Bu barədə məlumatı müxalifət hərakatı olan "Tamarrud" yayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti