İranın yeni prezidentindən yeni mesajlar

2-07-2013, 14:22
Oxunub: 1547


İranın yeni seçilmiş prezidenti Həsən Ruhani ölkələrlə əlaqələri inkişaf etdirmənin vacibliyini və bu əlaqənin gücləndirilməsinin yeni administrasiyanın əsas hədəflərindən olduğunu bildirib. Ruhani həmçinin prezident seçilməsi ilə bağlı gələn təbrik mesajlarını da qəbul edir. 


Etatist.com Mpdern.az-a istinadən xəbər verir ki, Oman kralı Sultan Qabos bin Səidin təbrikinə cavabında Ruhani deyib: 

”Sülhü qorumaq və regional ölkələrin marağını təmin etmək üçün qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi və regional əməkdaşlığın  gücləndirilməsi gələcək hakimiyyətin xarici siyasətinin əsas istiqamətlərindəndir”. 


Həsən Ruhani Şanxay Əməkdaşlıq Təşkilatının növbəti görüşündə iştirak etmək üçün Qırğızıstan prezidenti Almazbəy Atambayev tərəfindən dəvət olunub. O, prezidentə təşəkkürünü bildirərək regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
İordaniya kralı Abdullahın təbrik mesajına cavabında isə Ruhani İranın müsəlman ölkələri ilə əlaqələri inkişaf etdirməsinin zəruriliyini qeyd edib.

Bu arada İranın hakimiyyətdən getməyə hazırlaşan prezidenti Mahmud Əhmədinejad Rusiya KİV-inə müsahibəsində Ruhaninin xalqın seçimi olduğunu və uğur qazanacığını bildirib.

Həsən Ruhani prezident kimi avqustda and içəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti