Millət Vəkili ittihamlara cavab verdi

1-07-2013, 18:03
Oxunub: 3024


Millət vəkili Etibar Hüseyn Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadənin ona ünvanladığı ittihamlara cavab verib.
 
Hafta.az-a danışan deputat gənc liderin fikirlərinə hörmət etdiyini ancaq heç cürə razılaşmadığını deyib: "Hər kəsin fikrinə hörmətlə yanaşıram. Əgər o insan elə hesab edirsə ki, intihar eləmək, bətnindəki körpəni də özü ilə birgə öldürmək yaxşı şeydir, biz o insana daha nə deyə bilərik bu da onun fikridir". Millət vəkili MFM sədrinin "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi ilə bağlı sualına da cavab verib: «Mən həmin qanun haqqında danışmaq istəmirəm. Səhiyyə sahəsinə aid olduğu üçün düşünürəm ki, o sahənin eksperti deyiləm. Eksperti olmadığım şeylər haqqında fikir bildirmək düzgün deyil. O haqda həkimlər danışsa, daha düzgün olar". Millət vəkilinə qanun layihəsinə səs vermək hüququ olan 125 deputatdan biri kimi müzakirələrdə hansı mövqedə olduğunu soruşduq: «Çox güman ki, onun layihəsi 3-cü oxunuşda qəbul ediləcək. İndiyə qədər olan müzakirələrdə mən öz mövqeyimi göstərmişəm. Uşaqların abort edilməsi və s. bu kimi məsələlərə qarşıyam". 
Qeyd edək ki, Şəhriyar Məcidzadə adıçəkilən qanunla bağlı millət vəkilini susmaqda ittiham edib: "Əgər Etibar Hüseynov Fərizənin intihar etməsini dinlə izah edib buna etiraz edirsə, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanuna əlavə dəyişikliklər təklif edilib, "ana bətnində olan oğlan uşaqları abort olunmalıdır" deyiləndə etiraz edərdi".
Şərhlər : 3 Şərh yaz
esger 1 iyul 2013 22:54  
Millet onu ozune vekil goturmeyib ki onun adi deputat yox millet vekili olsun Birde 8-10 min secicilerin deputati 5 millionu temsil ede bilmez Ikincisi bu soy deyil ki resmi adlar qeyri-resmi adlarla evez edilsin
Sadiq 2 iyul 2013 17:37  
MƏn də abortun əleyhinəyəm. Lakın bu adam "sfafın sonu" verlişini apardığına görə ondan xoşum gəlmir.
azəri 2 aprel 2014 22:56  
Millətin bütövlüyünə zərbə vuran millət vəkili. Qarabağlılarr qarabağ uğrunda döyüşüb şəhid verəndə Sən İnşaat İnstitutunda müəllimlərə ..... məğul idin unutmamısan yəqin
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti