Mikayıl Cabbarovdan daha bir əmr
1-07-2013, 17:22
Oxunub: 644
Bu gün təhsil naziri Mikayıl Cabbarov məktəblilərin beynəlxalq fizika, kimya, biologiya və riyaziyyat olimpiadalarında Azərbaycan komandalarının iştirakı barədə müvafiq əmrlər imzalayıb.
Etatist.com qafqazinfo-ya istinadən xəbər verir ki, əmrlərə əsasən, beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edəcək komandaların tərkibi müəyyənləşdirilmiş və onların iştirakının təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
44-cü Beynəlxalq Fizika Olimpiadası 7-15 iyul 2013-cü il tarixlərində Danimarkanın Kopenhagen şəhərində, 45-ci Beynəlxalq Kimya Olimpiadası 15-24 iyul 2013-cü il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində, 24-cü Beynəlxalq Biologiya Olimpiadası 14-21 iyul 2013-cü il tarixlərində İsveçrənin Bern şəhərində, Beynəlxalq Riyaziyyat Olimpiadası 18-28 iyul 2013-cü il tarixlərində Kolumbiyanın Santa Mariya şəhərində keçiriləcək.
Beynəlxalq olimpiadalarda ölkəmizi Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki, Lənkəran, Ağdaş və Qubada fəaliyyət göstərən məktəblərdə təhsil alan 19 şagird təmsil edəcək.