Bakı-Antalya reysində həyəcan

1-07-2013, 15:11
Oxunub: 790


Bu gün saat 13.05-də Bakıdan Antalyaya uçan təyyarə havaya qalxandan sonra nasazlıq yaranıb. 


Etatist.com-un Lent.az-a istinadən verdiyi xəbərə görə, təyyarə 1 saat havada dövr edəndən sonra yenidən hava limanına qayıdıb. Qapının normal bağlanması səbəbindən salonun hermetikliyi pozulub. Təyyarənin salonunda 25 nəfərə yaxın media təmsilçisi də olub.

 

Hazırda 200-ə qədər sərnişin təyyarədə hava limanında gözləyir.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti