Şah İsmayıla olan hücumların səbəbi açıqlandı- Müsahibə

1-07-2013, 15:10
Oxunub: 8487
Kərəm Məmmədov: "Osmanlını indi də, xortlatmaq istəyənlər var"


Azərbaycanda antropologiya ilə məşğul olan hər kəs müəmmalı şəkildə ölüb. O, tarixi canlandırdı, etnoqrafiya və antropologiyanın sirlərindən danışdı. Bakıda başının quruluşu ilə çox erməninin olduğunu dilə gətirdi. Hətta buna görə narahatdır da, terror ola biləcəyini istisna etmir. Onunla Şah İsmayıldan danışacaqdıq, amma Türk tarixinin sirlərini, yaşamış kimi olduq.

Etatist.com-un müsahibi BDU-nun "Arxeologiya ve etnoqrafiya" kafedrasının dosenti Kərəm Məmmədovdur.
 
"Əgər sən bütün qonşular üçün yaxşı görünürsənsə, deməli səndə bir anormallıq var” 

- Son dövrlərdə və bundan əvvəl olduğu kimi Şah İsmayılla bağlı bir anti-təbliğat aparılır. SOCAR-ın nəzarətində olan Türkiyənin bir kanalında Şah İsmayılın əleyhinə olan bir veriliş yayımlanmışdı. Yəni bizim kanalımızda bizə qarşı anti-təbliğat qururlar. Ümumiyyətlə Şah İsmayıla niyə hücum edilir və bunun mahiyətində bizim bilmədiyimiz nə var? Bəlkə Azərbaycanın dövlətçilik, yəni fövqəl dövlətçilik tarixi ondan başladığından qaynaqlanır bütün bunlar?
- Mən təşəkkür edirəm ki, vaxt ayırıb belə bir müsahibə təşkil etmisiniz. Bizim söhbət mənə 90-cı illərdəki hadisəni xatırlatdı. Qarabağla bağlı problem çıxanda, bir dekan müavini var idi, deyirdi ki, "Qarabağ bizimdir! Qarabağ bizimdir!”. Bir dedi, iki dedi, sonra məlum oldu ki, sən demə onun soyadı erməni soyadı imiş. Bizimkilərdən biri də qalxıb ona sual verdi ki, "sən elə "bizimdi”, "bizimdi” deyirsən, bizimdi deyəndə kimi nəzərdə tutursan?”.  İndi bu bizimdi sözünün mahiyyətinə açıqlıq gətirmək lazımdır. Yadda saxlamaq lazımdır ki, əgər sən bütün qonşular üçün yaxşı görünürsənsə, deməli səndə bir anormallıq var. Biri var sənin təbii qonşuların, biri var sənə qonşu edilən xalqlar. 

"İsmayılı sevmək üçün, Azərbaycan türkü olmaq lazımdır”

Azərbaycan Respublikasına "Azərbaycan” deməyə dilim gəlmir, ona görə Azərbaycan Respublikası deyirəm. Azərbaycan Respublikası  tarixi Azərbaycan torpaqlarının 15 faizini əhatə edən siyasi bir qurumdur. Bax, bu 15 faizlik Azərbaycanın ətrafına baxsaq, bizə qonşu edilən və təbii qonşu olan xalqlar var. Adını çəkdiyiniz Şah İsmayılın dövründə, deyilsəydi ki, rus bizimlə qonşudur, Şah İsmayıl heyrətlənərdi. Necə ki, Nadir heyrətlənmişti (söhbət Səvəfilər dövlətinin hökmdarından gedir - red.). Deyəndə ki, ruslar gəlib bizdən torpaq alıb, demişdi "yaxşı əfqanı tanıyıram, osmanlını tanıyıram, bəs rus kimdi?”. Yəni rus faktiki olaraq bu gün bizə qonşu edilib. Özünün qonşu edilməsi cəhənnəm, qərblə də dəmir pərdə çəkib. Erməni ömür boyu bizə qonşu olmayıb, bizə qonşu edilib. Gürcülərlə bizim tarixi qonşuluğumuz, əlaqəmiz olub. Farslar xeyli əvvəl gəlib, amma onlar da faktiki bizə qonşu edilib. Bu gün məlum olub ki, onlar Volqa boyundan köçürülüb gələn xalqdır. Niyə bizim tarixi şəxsiyətlərə belə münasibət yaranır? Birinci növbədə həmin o ideyanımı, Şah İsmayılımı, digər tarixi şəxsiyətimizimi aşağılamaq istəyən adamların milli mənsubiyətindən çox, onların cibinə kimin nəsə qoyduğunu öyrənmək lazımdır. Şah İsmayılı kim sevməyə bilər? Birinci növbədə Qızılbaş olmayan, ikinci növbədə Türk olmayan. Niyə? Çünki Şah İsmayıl dövründə, yəni əgər Sac oğlu Yusiflə başlandısa İslamla Türkün qovuşması prosesi, artıq İsmayılın dövründə zirvə nöqtəsində idi. Bu gün İslamın düşməni élan edirlər İsmayılı, bu nə dərəcədə düzgündür? - İslam elə dindi ki, hamı özünü müsəlman sayır, amma qurdalasan cibindən araq düşəcək. Gəlin xristiyan dinini deyək, görün xristianlıqda neçə dəfə qopmalar olub? - Provoslavlıq, Katoliklik, Protestantdıq, hələ qədim dövrdən Babtistik-filan. Bizdə də belə bölünmə var, hamı da özünə deyir müsəlman. 
Birinci növbədə Şah İsmayılı sevməyənin başının kimin "qoltuğu altında” olduğunu axtarmaq lazımdır. Təbii ki, əgər başı Türkiyənin, radikal sünniçilik qanadlarının "qoltuğundadısa” təbii ki, o İsmayılı sevməyəcək. Necə ki, Osmanlı dövründə Türkü sevmirdilər Osmanlı sarayında. Digər tərəfdən Sələfilik cərəyanına mənsub adamdırsa yenə də, Şah İsmayılı sevməyəcək. Yaxud şimal qonşularımız təbii ki, sevməyəcək. İsmayılı sevmək üçün, Azərbaycan türkü olmaq lazımdır. 


"Vaxt var idi, biz ayağımızın altında başqalarını tapdalamamaq üçün bığlarımızı qırxırdıq. İndi qaşlarımızı qırxırıq ki, görək başımızın üstündəki kimdir”

- Şah İsmayılın Azərbaycan üçün mahiyyəti nədir? Tarix kitablarında görmədiyimiz daha dərin bir mahiyyəti varmı? 
- Əslində hansısa şəxsiyyəti həddindən artıq şişirdib, hansınısa kiçiltmək daltoniklik əlamətidir. Çox təəsüf ki, bizim millətdə bu var. Sadəcə bir misal deyim; biz göyərtiyə, yəni yaşıl şeyə göy deyirik. Rusun "zelen” dediyi şeyə biz yaşıl deyirik. Niyə belədi? Bu pis əlamət deyil, əgər fikir versək, işığın sınma bucağıla yaşıl şeyə ən azı iki kilometrdən baxanda o göy görünür. Türk həmişə uzağa baxıb, ayağının altına baxmayıb. Ayağının altına baxmış olsaydı bu qədər tələlərə düşməzdi. Məsələ vaxt var idi, biz ayağımızın altında başqalarını tapdalamamaq üçün bığlarımızı qırxırdıq. İndi qaşlarımızı qırxırıq ki, görək başımızın üstündəki kimdir. Ağa axtarırıq. Halbuki, vaxtı ilə Azərbaycan türkünün buna ehtiyacı yox idi. İndi bizim Türkiyəli tarixçilərlə Səlcuq mirası, böyük Səlcuqlar haqqında mübahisəmiz düşür. Səlcuqluların varisi bizik. Bəzən bizim Səfəvi hökmdarlarına "bunlar İran hökmdarlarıdır” deyirlər - xüsusən də Abbasa (söhbət Səfəvi hökmdarı Şah Abbasdan gedir red.) Sual verirəm ki, "niyə sən bunu İran hökmdarı sayırsan?”. Deyir "Görmürsən İsfahanı paytaxt eləmişdi?!”. Amma adam bilmir ki, İsfahan Böyük Səlcuq İmperatorluğun paytaxtı olub. İsfahanda indi də farslar 10-12 faiz təşkil edir. Əgər bu Alp Arslanın (söhbət Səlcuqlu imperatorluğunun hökmdarından gedir - red.) paytaxtı olubsa, niyə İsfahanı fars şəhəri saymalıyam? Alp Arslannı ki, fars eləyə bilmərik. Eləcə də İsmayıl. 

"Deyir Nadir o qədər zülmkar idi ki. Hətta rəiyyəti də orduya çağırırdı. Bu cümləni yazan adamın mən məntiqinə şübhə eləyirəm ki, normal adamdır”

Şah İsmayılın sarayında və sonrakı hökmdarların zamanında fars dili işlənməyib. Şah Abbas sarayında farsca danışan adamı saxlamayıb. Pis halda edam etdirib, yaxşı halda qovub sarayından. Mən buna necə deyim bu İran hökmdarıdır. Böyük hərflərlə yazılır ki, "Azərbaycan Səfəvi dövlətini, İran dövlətinə çevirib”. İran dövləti 1925-ci ildə yaranıb. 1925-ə qədər, bu ölkənin İran adı olmayıb. 1796-dan 1925-ə qədər buranın adı "Məmləkəti Məhluci Qacar”, yəni, "Qacarlar tərəfindən idarə olunan və Tanrı tərəfindən himayə edilən dövlət” olub. Hanı burda İran? Ondan əvvəl "Maliki Əfşar” yəni "Əfşarların tərəfindən idarə edilən dövlət”. Hardadı burda İran sözü? Nadir Şah özü fars dilində bilmədiyi halda götürüb yazırlar "İranın Şahı”. Nadiri nədə qınayırıq? Deyir Nadir o qədər zülmkar idi ki. Hətta rəiyyəti də orduya çağırırdı. Bu cümləni yazan adamın mən məntiqinə şübhə eləyirəm ki, normal adamdır. Hansı Şah rəiyyətin əlinə silah verir, əgər o zülmkardırsa? Demək ki, bu adam öz ədalətinə inanırdı. Əgər onları qul kimi görsəydi onların əlinə silah verməzdi. Məsələn qədim Romada qulların əlinə qətiyyən silah verilmirdi. Çünki üsyan edərdilər. Əgər Şah Abbas bu qədər farspərəst olubsa onda niyə bir çox nağıllarımızın başlığı "Şah Abbas Cənnət məkan” sözü ilə başlayır? 

"Bu gün, bütün o türk olmayan dövlətlərin bayraqlarındakı aypara türklərdən gəlir”

Hər millətin siyasiləşməsində hansısa bir idealogiya rol oynayır. Bu bizdə də belə olub. Təbii ki, bu idealogiya müəyyən mənada dini baxışlarla bağlıdır. Baxın, biz hansı dinlərdən keçib gəlmişik. Bizdə tək Allahlıq olub. Bu da təbii ki, genetik yaddaşdan tək Tanrıçılıqdan gəlir. Fikir verin, biz xristianlığın hansı cərəyanını götürürük - monofizitliliyi. Yəni tək Allahı qəbul edən formasını. Sonradan ermənilər bu iddianı bizdən oğurladılar. Türk yalnız buna inanırdı. Maraqlı bir sujet var ki, Attila Qafqazdan keçəndə indiki Doğu Anadolu arasında qabağına haylar (ermənilər özlərinə hay deyir - red.) çıxır. Görürlərki Attilanın yanında xaç var, bizim o səkkiz guşəli xaçdan, elə bilirlər ki, bunlardandı. Attilaya incil verirlər. Attila bunu oxuyandan sonra deyir ki, "gözəl əsərdir. ancaq bir çatışmamazlığı var”. Soruşurlar "nədi”? Deyir "bu İsa dediyiniz adamı yazın ki, bu Tenqri Xanın oğludur”. Onda biz hamımız bu dini qəbul edərik. Ondan sonra da İslam möhkəmləndi və islama qarşı olan türklər birdən-birə İslamın əsas dayağına çevrildilər. Bu gün, bütün o türk olmayan dövlətlərin bayraqlarındakı aypara türklərdən gəlir. Bunu mən demirəm, bunu Bartold deyir. Belə bir məqaləsi var - "Ayparanın islam dininin simvoluna çevrilməsi haqqında”. Yəni, türklər müsəlman olmadığı dövrdə ayparanı bura gətirmişdilər və sonradan bu aypara İslamın simvoluna çevrildi. İstər xaç yürüşləri də daxil olmaqla bütün zamanlarda aypara islamın əsas simvolu kimi bayraqlarda yer alırdı. İsmayılın da bayrağının üstündə aypara var idi. 
İndi filmlər də saxtalaşdırılır. Osmanlının bayrağında aypara göstərilir, amma bu belə deyil. Osmanlının bayrağı Əməvi, Abbasi xilafəti dövründə olan ağ-qara bayraqlar olub. Aypara, yaşıl rəng bu bizim bayraqdır - Azərbaycan türklərinin bayrağıdır. Səlcuqlar da ayparanın altında "İnna Fətəhnə” - biz fəth edəcəyik yazardılar. Təriqətçilər İsmayıl haqqında, çox şey deyə bilərlər. Amma belə bir söz var, "qızılı udsa da qara torpaqlar yenə öz qiymətini saxlar”. Bu nəsil ne edirsə etsin, bir 5 nəsil sonra yenə də bunları tapıb çıxaracaqlar. Dediyim kimi, bizim o genetik kodlarımız ki var, gəldik İslamı qəbul etdik, İslamı qəbul etsək də Türk inancını saxladıq və ondan sonra Sufilik yaratdıq. Sufilikdən süzüldü Hürufilik yarandı. Hürufilikdən süzüldü Qızılbaşlıq yarandı. Bu dövlət qızılbaşlıq fundamentində yaranıb.

- Türkiyənin prezidentinin gerbində 16 Türk imperiyasını göstərən ulduzlar var. Şah İsmayılın qurduğu dövləti o imperiyalardan saymırlar.
- Nəinki, Şah İsmayılı, nə Qaraqoyunlu, nə Ağqoyunlu deyilən Türk dövlətləri orda öz əksini tapmır.

- Qaraqoyunlu və Ağqoyunlu dövlətləri daha feodal tipli dövlət deyil? 
- O necə feodal dövlətdir ki, bir ucu Malatyada idi, bir ucu Amu-Dərya çayına çatırdı. Yenə Türkiyəli tarixçilərlə mübahisə edəndə deyirdilər, "Ağqoyunlu bəyliyi”. Deyirdim "ay bədbəxt insan bəyliyin ərazisi Malatyadan Amu-Dəryaya, Dərbəndən Kəngər körfəzinə qədər uzanmaz. Bəylik bilirsiz nədir? - Bəlli kiçik bir ərazi. Gəncə ətrafı kimi. Bu boyda bəylik olar? Bilirsiniz bu aşağılamadır. Burdan avtomatik bir sual yaranır - Necə olur ki, bu bəylik sənin qos-qoca Osmanlına Malatya döyüşündə diz çökdürdü? Ya sən qəbul etməlisən ki, sən pis gündə olan bir bəyliyə uduzmusan, ya da bunun bir imperiya olduğunu qəbul et. Bəyliyin ərazisinə rus çarı İvanın elçiləri gələrdi? Bəyliyin ərazisinə Qızıl Orda Xanından elçi gələrdi? Bəyliyin ərazisinə Venetsiyadan elçilər gələrdi? Axı niyə aşağlıyırsan mənim tariximi? Bizim Borçalıda gözəl deyim var, deyir "söymə nökər atama, söyərəm bəy atana”. Dərindən araşdıraq görək Türk geni kimdə çoxdur. 82 faiz bizdədir, 3 faiz Türkiyədə. Görək kimdir Türk? O, 3 faizi açsan ya ələvi çıxacaq ya azəri dediyi Türk toplumu çıxacaq.

- Bu dediyiniz faizləri necə araşdırmaq olur?
- Qapradılama deyilən sistem var antrapalogiyanın şah damarıdır.

"Daima burda hansısa sistem olub”

- Hər Türk dövlətinin bir-biri ilə əlaqəsi var. Məsələn Şah İsmayılın 1501-də qurduğu dövlət Teymurilər dövlətinin yıxılmasından dərhal sonra qurulur. Yaxud Səlcuqlu imperiyası Ərtuğrul Qazini bəylik olaraq indiki Anadolu ərazisini təyin edir və orda yenə bir dövlət qurulur…
- Burda bir fikir bildirmək istiyirəm: Kim kimin varisidi baxın. Türkün yayılma ərazilərinə baxaq: Anadolu, Orta Şərq, yəni bizim bugünkü torpaqlar, Azərbaycan və Mərkəzi Asiya. Daima burda hansısa sistem olub, Mərkəzi Asiyada Qaraxanlı dövləti, Azərbaycanda Səlcuqlu dövləti. Anadolu hələ Bizansın əlində idi, qalan hissəsi isə Azərbaycan dövlətinin tərkibində idi. Yəni Səlcuqlular tərəfindən idarə edilən, sonrakı mərhələdə böyük Səlcuqlu imperatorluğu böyük bir günəş kimi doğur, Qaraxanlıdan Malzagirtə qədər gəlir. Yəni indiki Türkiyənin mərkəzinə qədər. Yuxarıda yenə Dərbənd, aşağıda Kəngər körfəzi. Böyük Səlcuqlu imperatorluğu parçalanır, müxtəlif atabəyliklər yaranır. Yenə Azərbaycanda. İraq Səlcuqlu dövləti, faktiki indiki Azərbaycan Atabəyləri tərəfindən idarə olunub. Qoşun da, qoşun başçısı da, sultan da təbii ki, Səlcuqlu Atabəyləri idi. Rum Səlcuqlu tanı dediyimiz, bunlar qopmadı. Özü də separatizm nəticəsində qopub. Separatizm niyə baş verdi? - Süleyman Qutamış dediyimiz adam, hansı ki, Alp Arslanın əmisi idi, öz qardaşı oğluna qarşı qiyam qaldırdı, separatizm o cür yarandı. Sonra həmən Alp Arslan Süleyman Qutamışı həbs etdirdi. Mənbədə yazdırdı ki, "ömrünü qoyunun arxasında keçirtdi”. Yəni, get çobanlığını et. Sən dövlət qura bilməzsən. Anadolu Səlcuqluluları dediyimiz, Süleyman Qutamışın törəmələridir. Amma Azərbaycanda yaranan dövlət gör kimin törəməsidir?! 

"Orta əsr Azərbaycan mənbələrində bir dənə də olsun Osmanlı sözünü tapa bilməzsiniz”

Sonrakı mərhələyə baxaq. Moğol istilasından sonra, böyük Türk dövlətləri yarananda Hindistan ərazisini yaddan çıxarırıq. İndi Hindistan dediyimiz ərazi 4-cü yüz ildən başlayaraq Türk ərazisidir. Əvvəlcə Ağhunlar, ondan sonra ayrı-ayrı xırda əmirliklər və Qəznəvilər Türk dövləti. Dehli sultanlığı, yəni birdən-birə Türkün yaşama arialı, Sibirdən Məmlüklərin simasında Misirə gedib çıxıb. Bəs sonra talehi nə oldu? - Səfəvi sülaləsi sanki Səlcuqlu sülaləsinin davamçısı kimi meydana çıxdı. İstər ərazi baxımından, istər varislik baxımından. Orta əsr Azərbaycan mənbələrində bir dənə də olsun Osmanlı sözünü tapa bilməzsiniz. "Rum diyarı”, "rum cocuqları”, "rumlular” deyilir ora, Türk deyilmir. "Türk” deyəndə biz nəzərdə tutuluruq. Ora "rumlu” deyilirdi. Bəlkə həqiqətən də belə idi. Niyə? - Çünki Türkiyənin millətçi təbəqəsində indi də "rumlu” sözü işlənir, "rum çocuqları” deyilir, Osmanlını indi də, xortlatmaq istəyənlər var. Sualım onlaradır; Osmanlını dirçəltməklə nəyə nail olmaq istəyirsiniz? - Osmanlı normal dövlət olsaydı yıxılmazdı. Atatürk də yeni dövlət qurmazdı. Atatürk Türkiyəni hansı əsaslarla qurdu? Milliyətçi əsaslarla. İsmayılı pisləyən "ağıllılar” nəzərdən qaçırıdırlar ki, Osmanlı olmasa idi bu gün doğu Anadolu Türkcə danışardı, Güneydoğu Anadolu Türkcə danışardı, İraq tamamilə Türkcə danışardı, Misir Türkcə danışardı. Niyə? - Çünki tarixdə ilk dəfə, adını rəsmi olaraq Türkiyə qoymuş dövlət Misir Məmlük sultanlığıdır. Biz onlara " Misir Məmlük” sultanlığı deyirdik, onlar öz mənbələrində "Dövlət əl Türkiyə” yazırlar. Yəni Türk dövləti. Saray və əhali tamamilə Türkcə danışırdı. Osmanlı gəldi işğal etdi, nəticəsi nə oldu? 
Yaxşı dedikləri kimi, Səfəvi dindən qışqarı idi, rafiz idi, qızılbaş idi hər nə idisə bütün dinlərdən qışqarı idi. Bəs "Misir Məmlük” sultanları ki, tamamilə sünni idilər. Nəyin ki, sünni idilər, üstəlik Monqol işğalı zamanı peyğəmbərin müqəddəs əmanətlərini Bağdatdan aparıb qoruyub saxlayan bunlar idi. Deməli sənin dərdin İslam deyil, Türklük deyil sənin dərdin başqadır. Dərdi də bəllidir.

"İstənilən sünnidən soruşmaq istəyirəm ki…”

Çox gözəl dediniz ki Teymuri dövləti çökərkən Səfəvilər mərkəzi Asiyada boşluq olmasına şərait yaratmadı. Ağır bir vəziyyətdə olduğu halda Babura da kömək etdi. 
Hindistanda yenidən Dehli sultanlığının varisi kimi Baburlar meydana çıxdı. Hətta orta əsr minyaturu var ki, Babur İsmayılın əlini öpür. Biz bunları niyə demirik? Babur da ağıllı yoldaş idi, Osmanlıdan topları Alana qədər "Əliyən vəliyullah” deyirdi. Osmanlıdan topları aldıqdan sonra "Əliyən vəliyullah”-ı çıxartdı. Bu hərəkəti ilə bu iki Türk dövlətini lağa qoydu ki, bunun nə fərqi var? İstənilən sünnidən soruşmaq istəyirəm ki, "Əlinin peyğəmbərin varisi, əmisi oğlu olduğunu qəbul etməyən sünni varmı?”.
 
Ardı var...
Şərhlər : 19 Şərh yaz
FEMIDA 1 iyul 2013 17:57  
SADƏCƏ OLARAQ SORUŞMAQ İSTƏYİRƏM Kİ, GÜNÜMUZDƏ BU QƏDƏR VACİB MƏSƏLƏLƏR VARİKƏN, MİN BEŞYÜZ İL BUNDAN ƏVVƏL HAKİMİYYƏT UĞRUNDA BİR-BİRİNİN QANINİ TÖKƏN DIN TARİXİMİZDƏKİ ŞƏXSİYYƏTLƏRİ MÜZAKİRƏ ETMƏK BU QƏDƏRMİ VACİBDİR.BƏYLƏR, ARADA BİR DÜNƏNKİ ŞƏHİDLƏRİMİZİN, ÖZ MƏRHUM ATALARIMIZIN QƏBİRLƏRİNİ ZİYARƏT ETSƏK ALLAHA DAHA XOŞ GETMƏZMİ?
Nermin 1 iyul 2013 18:21  
Super müsahibe halaldı sizlere üreyime yağ kimi yatdı
ilqar 1 iyul 2013 18:26  
Bu tarixi faktlari dersliklerden gizletmek,tedris etmemek Azeri turk4uluyune qarshi cinayetdir.Ve buna gore gelecek nesil qarshisinda hormetli tarix4imiz Kerem Memmedov da mesuliyyet dashiyir.
Gumrah 1 iyul 2013 22:11  
Cox maraqli ve bu gunku durumumuz baximindan vacib musahibedi.Kerem beye xususi minnetdarligimi bildirirem.
Teessuf ki,qramatik sehvler heddinden artiqdir
elsan 2 iyul 2013 05:29  
Xətai babam.Bismillahir rəhmanir rəhim.Qədim şərq fəlsəfəsinə görə butun aləm dörd unsurdən ibarətdir.Bu unsurlər od.su.torpaq.və havadir.dörd unsur birləşərək hər bir şeyi yaradir.ayrildiqda isə hər bir şey məhf olur.Nəsrəddin Tusi cəmiyyəti 4 sinfə bölur və bu sinifləri təbiətin 4 unsurunə bənzədir.1)Qələm əhli-ziyalilar-SU.Dunyanin və dinin davamliği bunlarin varliğina bağlidir.2)Qilinc əhli-OD.Dunyanin nizam və intizami bunlarin varliğina bağlidir.3)muamilə-ticarət əhli-HAVA.Bunlarin köməyi olmadan insanlarin məişətini təmin edib.dolandirmaq mumkun deyil.4)Ziraət əhli-əkinci.maldar.-TORPAQ.bunlarin əməyi olmadan insanin yaşamaği mumkun deyil
.Xətai babam məhz SU və ODA aiddir.sufi nəzəriyyəsinə görə şəriət.təriqət.həqiqət.mərifət dərəcələri var. Hər bir sufi bu mərtəbələri kecib mərifət dərəcəsinə catmaği calişir.bu yalniz cox gözəl əxlaq sayəsində mumkundur.gözəl əxlaq isə insanin ic aləminin tənzimlənməsi deməkdir.yalnis butun daxili cirkinliyi özundə təmizləyən insan həqiqətən insan adini alir və gözəl əxlaq sahibi olur.Kamil insan isə gözəl əxlaq sahibi olan insandir.Xətai babam deyib-Əxlaq pozulan dövləti hec nə saxlaya bilməz.İnsan isən.alib-satma.Halalina haram qatma.yolun əyrisinə getmə.doğru yola nəzər eylə.Xətainin nəzərinə görə əsl insanda alib-satma.harama meyl etmə.əyri yola getmək kimi hərəkətlər sifətlər ola bilməz.əgər hər hansi bir insan bu sifətlərə malikdirsə-o insanliqdan uzaqdir.Peyğəmbər nəsliyəm.Əli varisiyəm.qazilər qazisiyəm-sufilər şahiyam.
aqil azizili 2 iyul 2013 08:58  
tarixi faktlari danmaz olmaz , aliyan valiyullah deyanda biza deyirlar sirk qowursuz allaha , , imam cafar sadiq ( as) sirk nadir gozla izahin verib , Allaha sirk qowmaq nadir , . istayir qabul etsin istar etmasin . haqq yolu peyqanbar va onun Ahlibeydinin qetdiyi yoldu,
Tofiq 2 iyul 2013 11:27  
femida müəllim keçmişinə güllə atan,gələcəyinə top atar!Aqil azizli sənində məntiqini başa düşmədi,burada keçmişimizdən,tarixdən söhbət gedir bu gün bizə nəyi sırıyıblar ondan gedir söhbət sən isə peyğəmbər kəlamlarını ortalığa qoyursan.....Tariximiz yenidən yazılmalıdır olduğu kimi...
Mənzər 2 iyul 2013 12:57  
Kərim müəllim Allah sizə can sağlığı ,ruzulu,dəyərli ömür versin.Vətənimin sizin kimi övladları çox olsun.Bütün ziyalılar hətta dövlətimiz Azərbaycanın və Azərbaycanlıların təəsübkeşliyini çəkərək onun keçmişini qaralamaq istəyənlərə icəzə verməsin. Çünki Şah İsmail Xətai də vaxtı ilə Azərbaycani və Azərbaycan dilini dünyaya tanıtmışdı.Dünyada ki, hey fırlanır.Bu gün,bu saat keçmiş və gələcəyimizə sahib durmalıyıq ki,keçmişimizi bəyənməyərək,gələcəyimizi də gözdən düşmə etməsinlər.Ermənilər olmayan keçmişlərini elə təqdim edirlər ki.sankı bütün keçmiş bunların olub.Lakin biz öz şərəfətli və fəxr edləcək keçmişimizi pis insanların istədikləri kimi o üzə.bu üzə çevirərək, müzakirə edərək bəyənməmələrinə.hətta buna gözə bizləri də qınamalarına,danlamalarına belə icazə veririk. Gəlin düşünək və bilinməyən uzaqlara yox,elə ayağımızın altına baxaq.
VAGIF R. 3 iyul 2013 04:43  
kecmishi bilmeyimizin bize xeyri var....kimliyimizi unutdurmaq isteyenlere gozel bir cavabdir bu...Allah razi olsun...bezilerine lezzet elemir,yeqinki,zati imkan vermir....
ibadullah 6 iyul 2013 15:23  
Bu gun bu movzuda yazanlarin hamisi iranciliga xidmet edir.
Soytürk 9 iyul 2013 03:06  
Bizim tariximizi saxtalaşdıranlar və saxtalaşdırmaq istəyənlər özləri tarix qarşısinda cavab verməlidirler
malik xeyyam 9 iyul 2013 21:05  
ALLAH SENDEN RAZI OLSUN COX GOZEL CAVABLANDIRDIN ,
Fazil 11 iyul 2013 16:55  
Çox gözəl müsahibədir. Təəssüf ki, bütün bunlar məktəblərdə lazımi səviyyədə tədris olunmur. Azərbaycanın gələcəyini düşünürüksə, bu biliklərlə uşaqlarımızı kiçik yaşlarından silahlandırmalıyıq.
Türkan 18 iyun 2014 20:22  
Femida`ya: bu,1500 il məsələsi deyil, məsələ Şah İsmayıl Xətaiyə qarşı çıxan müzdlu qələm sahiblərinin qarın ağrısının nədənini göstərməkdir
Ahmet 21 iyun 2014 02:43  
Yazınızı, Azerbaycan Türkçesi bana zor da gelse okudum. Hepimiz Türküz. O devirde yaşasam, Şah İsmail'in yanında olurdum. Ama tarihi değiştiremeyiz. Olmasını istemediğimiz olaylar olmuş, keşke olmasaydı. Bugün Türk Dünyası çok daha farklı, çok daha güzel bir yerde olurdu. Ama inşallah yine bir olacağız, diri olacağız, iri olacağız.
khanum 23 iyun 2014 14:06  
FEMİDA- kechmishini bilmeyen xalq mehve duchar olacaq.
S.Mərzili 6 dekabr 2014 04:33  
Eşq olsun Kərəm müəllimə!
Tariximizi gül-çiçək dəstəsi kimi dəstələyir!
Eldar Sefa 17 yanvar 2015 15:30  
bilib bilmədiyimiz hər şeyi dəstəkləyirik.Bu xəmir çox su aparacaq
HACI WABADINLI 17 yanvar 2015 22:57  
SENI AXTARAN BUTUN XESTELIKLER , O .... GUNTAYI TAPSIN , KEREM MUELLIM.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti