newstitle

Təhsil nazirinin son qərarı cəmiyyəti silkələdi

Oxunub : 3436 Tarix : 1-07-2013, 14:23

"Nazirin qərarı təhsilini bitirmiş tələbələrə şamil olunmur”


Təhsil nazirinin müəllimlərin işə qəbulu ilə bağlı yeni əmri ilə müəllimlərin işə qəbul qaydaları təsdiqlənib. Qaydalarda bakalavriat səviyyəsində qiyabi təhsil alan tələbələrin müəllim vəzifəsinə işə qəbuluna icazə verilmədiyi qeyd olunub. Bu isə cəmiyyətdə geniş rezonans doğurub. Bəziləri belə başa düşüb ki, balakvriatda qiyabi oxuyub təhsilini başa vurmuşlar da müəllim işləyə bilməyəcək.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvi, millət vəkili Asəf Hacıyev Modern.az-a açıqlamasında bildirib ki, bu barədə bilgisi azdır və belə bir məsələ varsa,  Təhsil Nazirliyinin qərarı olduğundan parlament onun işinə qarışa bilməz. "Milli Məclis nazirliklərin işinə qarışmır. Əgər belə qərar qəbul edilibsə bu göydəndüşmə olmayıb, analiz edib qərar qəbul ediblər”, – deyə millət vəklili vurğulayıb.

Təhsil eksperti Etibar Əliyev isə Təhsil Nazirliyinin bakalavriat səviyyəsində təhsil alan tələblərin müəllim işləməyə icazə verilməməsi qərarını doğru hesab edib. 

"Qiyabi formada oxuyan 3-cü kurs tələblərinin orta məktəbə müəllim götürülməsi nə dərəcədə düzgündür!? Bu, kursun başa çatdırılmaması deməkdir. 3-cü kursa qədər keçirilən fənlərin əksəriyyətinin orta məktəblə demək olar ki, əlaqəsi yoxdur. Kursu tam bitirməmiş vətəndaşların, orta məktəblərə müəllim götürülməsi, ümumiyyətlə, dünya praktikasında yoxdur”.
 
Bu qərarın bir o qədər əks-ədası olacağını gözləmədiyini deyən E. Əliyev vurğulayıb ki, heç kim övladının müəlliminin yarımçıq təhsilli şəxs olmasını istəməz. "Hamı bilir ki, qiyabi təhsil ümumiyyətlə rüşvət tələsədir. Qiyabiçilərin əksəriyyəti sessiyalarda demək olar ki, iştirak etmir”.

E. Əliyev qərarın qiyabi təhsil alan tələbələrə aid olduğunu deyir. "Qiyabi formada təhsilini başa vurmuş tələblər müəllim ola bilərlər. İndiyə qədər olan normativ sənədlərdə tələbə ali məktəbin qiyabi formasının 3 və 4-cü pilləsində təhsil alan tələbələrə müəllimlərə işləməyə icazə verilirdi. Amma yeni nazirin əmri ilə bu dayandırıldı. Və hesab edirəm ki, bu düzgün qərardır”.

Təhsil eksperti həmçinin vurğulayıb ki, qiyabi təhsil dayandırılmalıdır ya da dünyada olduğu kimi distant təhsilə keçilməlidir. "Distant təhsilə keçid yaranmasa qiyabi təhsil haqqında həmişə neqativ fikirlər səslənəcək”. 

Təhsil Nazirliyindən Modern.az saytına bildirilib ki, bu qərar hazırda qiyabi formada təhsil alan tələbələrə aiddir, qiyabi təhsilini başa vurmuş məzunlara yox. "Qərarın təhsilini bitirmiş tələblərə heç bir aidiyyəti yoxdur, onlar müəllim olmaq üçün imtahan verə bilərlər. Amma qiyabi formada hazırda təhsil alan tələbələrə müəllim olmağa icazə verilmir”.

Şərhlər : 0 Şərh yaz

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)

Adınız:*
Şərh:    
*ilə işarələnmiş sahələrin doldurulması vacibdir

Zaman

Facebook

İran uranı məhv etdi
İran dondurulmuş fondların sonuncu tranşını da əldə edə...
Dünən, 20:38

Keçid balları aşağı salındı
II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari...
Dünən, 20:32

Zakir Həsənov əmr verdi
İdmançılar fərdi, qrup və iki-iki patrul hərəkəti üzrə...
Dünən, 20:17

Vanqa Ukrayna haqqında nə demişdi?
Qardaş qardaşa qarşı çıxacaq, analar uşaqlarını atacaq...
Dünən, 19:04

Ukrayna ordusu daha iki şəhəri azad etdi
Hazırda şəhərin terrorçulardan təmizlənməsi davam edir...
Dünən, 18:33

Putin Rusiyaya qarşı hərbi təcavüzdən danışdı
"Bizim ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı...
Dünən, 17:02

Antisemitizmə dur deyək!
Dövlət hadisəni, hazırlanan cinayətin nəticəsini aradan...
Dünən, 16:40

QHT rəhbərləri ölkəni tərk etməyə hazırlaşır
"Elə mənim özümdə də analoji problem var"...
Dünən, 15:39

İŞİD Türkiyə sərhəddinə çatdı; "Həyəcan" siqnalı
İŞİD-in Reyhanlı ilə sərhəddəki bütün bölgəni ələ keçirdiyi...
Dünən, 15:36

Bakıda dəhşət: qatardan qopan sistern qarşısına çıxanları parçaladı
Minik maşınında olan ata-bala ağır xəsarət alıb...
Dünən, 15:02

"Orxan Zeynalov məsələsini siyasiləşdirməyin"
 "Hər şey qanun çərçivəsində gedir”...
Dünən, 14:24

Daha bir Qarabağ veteranı özünü yandırdı
"O, Qarabağ müharibəsi iştirakçısı olub"...
Dünən, 14:20