Millət vəkili İlham və Fərizənin sevgisinə "yox" dedi

1-07-2013, 13:55
Oxunub: 2058


 

Lider tv-nin keçmiş aparıcısı, millət vəkili Etibar Hüseyn 30 iyun sevgililər gününə qarşı olması ilə bağlı öz facebook profilində yazı yazıb.

Etatist.com-un məlumatına görə millət vəkili öz yazısında 20 yanvar günü şəhid olan İlhamın həyat yoldaşı Fərizənin buna görə intihar etməsinə qarşı olduğunu ittihamla bildirib: "Mən Fərizənin atdığı addıma - yəni özünə və bətnindəki məsum körpəyə qıymamasına heç vaxt bəraət verməmişəm və indən belə də bu fikrimdə qalacağam".

Fərizənin intihar addımını sərt bir dillə tənqid edən millət vəkili, "Fərizənin addımına bəraət yoxdur"- deyə qeyd edib.

Etatist.com həmin yazını təqdim edir:

Sevgililər günü...
Yox, yox, bir də yox...

Məsəl var deyiblər ki, "sağaldı hər yaramız, qaldı saqqal darağımız". İndi bir qrup ziyalının, millət vəkilinin dövlət başçısına 30 iyunu "Sevgililər günü" elan edilməsiylə bağlı müraciət etməsini oxuyanda ilk yadıma düşən də elə bu atalar sözü oldu. Həmin şəxslərə, onların mövqeyinə də hörmət və ehtiramımı billdirməklə bərabər öz fikirlərimi də sərgiləmək hüququm olmasından da istifadə etmək fikrindəyəm. 

***
Əvvəla mən bilən dünyanın heç bir ölkəsində "Sevgili günü" rəsmi olaraq qeyd olunmur. (Sevginin də günü olar?-E.H ). Lap tutaq ki, haradasa qeyd olunur. Bundan bizə nə. Bu günkü halımızda "Sevgililər günü" keçirmək haramıza yaraşır? İlboyu Qarabağ, müharibə, qeyrət cağrışı edən dostlarımın 
birdən-birə sevgi sevdasına düşməsini də heç cürə anlamıram. Bəli dünyanın bir-çox ölkələrində bir-sira qeyri adi, məzəli-əyləncəli günlər keçirilir. "Öpüş günü", "qucaqlaşma" və s. Müqəddəs Valentin günü kimi tanınan "Sevgililər günü" də bu qəbildən olan qeyri-ciddi, əyləncəli günlərdən biridir. Ayrı heç nə. Onu da heç kəs bizə güclə siramayıb. Və azad ölkələrdə də kimlər istəyirsə bu günü öz sevgilisiylə qeyd edir, istəməyənlər də yox. Amma biz istəyirik ki, ölkədə "Sevgili günü" mütləq və rəsmən olsun. Özü də bunu kimin adıyla bağlamaq istəyirik- İlhamla Fərizənin - Azərbaycanın qəhrəmanlq simvollarından olan şəxslərin adıyla.

***
Bəlkə də məni qınayacaqsınız. Amma mən Fərizənin atdığı addıma-yəni özünə və bətnindəki məsum körpəyə qıymamasına heç vaxt bəraət verməmişəm və indən belə də bu fikrimdə qalacağam. Və burada hətta müqəddəs kitabımızda belə İntihar etmənin Allah qarşısında ən böyük günahlardan olmasını da qırağa qoyuram. Bəlkə səhv edirəm ? Kim haqq qazandırır Fərizənin addımına?..- atası , anası, bacı və qardaşları..? bəlkə İlhamın əziz və yaxınları.? Varmı bu hərəkəti bəyənib dəstəkləyən? Yoxdur. Bəs elə isə nədən heç kəsin bəyənmədiyi bu hərəkət simvollaşdırılmalı, bir nümunə, örnyə cevrilməlidir? Biz gənclərimizə nəyi aşılayiriq? Sevgilin dünyasını dəyişdi-sən də özünü öldür-hətta bətnində məsum bir cocuq olsa belə- tendensiyasınımı?
Fərizənin addımına bəraət yoxdur. Bu bir faciədir. Hamımızın icini yandıran milli faciə. Ayrı heç nə. Qüsurlu müqayisə aparacam. Amma elə bir həftəmiz varmı ki, xəbərlərdə sevgilisinə görə özünü asan, dənizə atan, damarlarını doğrayan kəslər haqda informasiyalara rast gəlməyəsən. İndi onları da bütə çevirib, simvollaşdırmalı, gənclərə örnəkmi göstərməliyik.?

***
Mənim aləmimdə İlham qəhrəmanlıq, Fərizə sədaqət rəmzidir. Onlar Şəhidlər xiyabanının "yaraşığı"dır. 20 yanvar adı cəkiləndə də gözümüz önündə ilk olaraq onlar canlanır. Allah xatirinə gəlin onları həmin ali zirvədən, adi bir sevgili səviyyəsinə endirməyək. Və sizi inandırım ki, hətta bu gün 30 iyun sevgililər günü kimi elan olunsa belə, bir neçə ildən sonra hamımız-başda İlhamla, Fərizənin yaxınları və bu təşəbbüsü irəli sürənlər də daxil, buna peşiman olacayıq. Niyəsini deyim. Amma səmimi olaq . Lap tutaq ki, sevgililər günümüz oldu. Nə baş verəcək ki ? Guya ki, bundan sonra 30 iyunda Azərbaycan gəncliyi əl-ələ verib, dəstə-dəstə Şəhidlər xiyabanına axışıb İlhamla- Fərizənin məzarı önündə anım günü keçirəcək. Və yaxud da ki, bir cox ailə həyatı quran təzə bəylə gəlin onların qəbri başında sədaqət andı içəcəklər? Özünüzü və məni güldürməyin siz Allah. Sizdən soruşuram; Sonuncu dəfə Şəhidlər xiyabanında nə vaxt bəy-gəlin cütlüyünə rast gəlibsiniz? Amma orta və yaşlı nəslin nümayəndələrinin yaxşı yadındadaır ki, indiki "Sahil" keçmiş "26-lar bağı"nda toyu olanlar az qala ziyarət üçün növbəyə dayanırdılar. Yoxsa düz demirəm? Düz deyirəm. Və ardınca da nə qədər acı da olsa başqa bir düz söz deyəcəyəm. 

***
Bəli, əmin ola bilərsiniz ki, 30 iyun sevgililər günü olsa Azərbaycan gəncliyi dəstə-dəstə xiyabana yollanib sədaqət andı içməyəcək.Digər tərəfdən də belə bir istək və həvəs varsa kim onların qarşısını kəsib ki. Getsinlər də özləri. Nəysə..mətləbdən yayınmayaq. Amma sizi inandırım ki, həmən günü gənclərimizin dənizkənarı bulvara axını mütləq olacaq. Skameykalarda öpüşmək ücün növbələr də olacaq. Gül-çiçəkdən tutmuş parfümə qədər bir çox şeylərin qiyməti qalxacaq. Həmən günü kafe və restoranlarda dava-dalaş, bıçaqlaşma da sayca çoxalacaq. Sevgi oxu daşa dəyənlər də məhz həmən günü özünü danizə atacaq, intihar edəcək, ya da zəhər içib özünü öldürəcəkdi. Bütün bu deyilənlərlə dildə olmasa da daxilən çoxları razıdır. İndi sual olunur; bizə bu lazımdırmı? İlham və Fərizənin adını qəhrəmanlıq zirvəsindən bu səviyyəyə endirməyə nə lüzum var axı? Mən bir sıra çıxışlarımda da bunu qeyd etmışəm ki. əgər kimlərsə bu tarixdə nəsə etmək istəyirsə buna başqa ad fikirləşək. Qoy olsun "Qisas günü", "Sədaqət" və ya "Şərəf günü" amma Allah xatirinə olan qalan qəhrəmanlarımızı da sevgili səviyyəsinə endirməyək. Həyatda Allaha olan ali sevgidən tutmuş , bəndəyə olan adi sevgiyə qədər, heç nəyə məcburiyyət yoxdu. Və öz növbəsində əsl Sevgi də heç bir sərhəd və qadağa tanımır. Dünya praktikasında var və bizlər də bu qəbildən olan hadisələrin dəfələrlə şahidi olmuşuq. Ki, istər Çe Gevara olsun, istərsə də Tsoy və ya Vısotskiy..Hər birinin fanat ordusu onların ad günü və ya ölüm günündə dəstə-dəstə müxtəlif məkanlarda toplaşır və bunu qeyd edirlər. Amma bunun üçün heç bir Prezident fərmanına ehtiyac olmayıb. Bunun üçünsə daxildən gələn adi bir sevgi və istək bəs edib. Ayrı heç nə. Vəssəlam
Sevgililər günü...

Yox, yox, bir də yox..

Məsəl var deyiblər ki , " sağaldı hər yaramız, qaldı saqqal darağımız". İndi bir qrup ziyalının, millət vəkilinin dövlət başçısına 30 iyunu "Sevgililər günü" elan edilməsiylə bağlı müraciət etməsini oxuyanda ilk yadıma düşən də elə bu atalar sözü oldu. Həmin şəxslərə, onların mövqeyinə də hörmət və ehtiramımı billdirməklə bərabər öz fikirlərimi də sərgiləmək hüququm olmasəndan da istifadə etmək fikrindəyəm. 

***
Əvvəla mən bilən dünyanın heç bir ölkəsində "Sevgili günü" rəsmi olaraq qeyd olunmur. (Sevginin də günü olar?-E.H ). Lap tutaq ki, haradasa qeyd olunur. Bundan bizə nə. Bu günkü halımızda "Sevgililər günü" keçirmək haramıza yaraşır ? İlboyu Qarabağ, müharibə, qeyrət cağrışı edən dostlarımın 
birdən-birə sevgi sevdasına düşməsini də heç cürə anlamıram. Bəli dünyanın bir-çox ölkələrində bir-sira qeyri adi, məzəli-əyləncəli günlər keçirilir. "Öpüş günü", "qucaqlaşma" və s. Müqəddəs Valentin günü kimi tanınan "Sevgililər günü" də bu qəbildən olan qeyri-ciddi, əyləncəli günlərdən biridir. Ayrı heç nə. Onu da heç kəs bizə güclə siramayıb. Və azad ölkələrdə də kimlər istəyirsə bu günü öz sevgilisiylə qeyd edir, istəməyənlər də yox. Amma biz istəyirik ki, ölkədə "Sevgili günü" mütləq və rəsmən olsun. Özü də bunu kimin adıyla bağlamaq istəyirik- İlhamla Fərizənin - Azərbaycanın qəhrəmanlq simvollarından olan şəxslərin adıyla.

***
Bəlkə də məni qınayacaqsınız. Amma mən Fərizənin atdığı addıma-yəni özünə və bətnindəki məsum körpəyə qıymamasına heç vaxt bəraət verməmişəm və indən belə də bu fikrimdə qalacağam. Və burada hətta müqəddəs kitabımızda belə İntihar etmənin Allah qarşısında ən böyük günahlardan olmasını da qırağa qoyuram. Bəlkə səhv edirəm ? Kim haqq qazandırır Fərizənin addımına?..- atası , anası, bacı və qardaşları..? bəlkə İlhamın əziz və yaxınları.? Varmı bu hərəkəti bəyənib dəstəkləyən? Yoxdur. Bəs elə isə nədən heç kəsin bəyənmədiyi bu hərəkət simvollaşdırılmalı, bir nümunə, örnyə cevrilməlidir? Biz gənclərimizə nəyi aşılayiriq? Sevgilin dünyasını dəyişdi-sən də özünü öldür-hətta bətnində məsum bir cocuq olsa belə- tendensiyasınımı?
Fərizənin addımına bəraət yoxdur. Bu bir faciədir. Hamımızın icini yandıran milli faciə. Ayrı heç nə. Qüsurlu müqayisə aparacam. Amma elə bir həftəmiz varmı ki, xəbərlərdə sevgilisinə görə özünü asan, dənizə atan, damarlarını doğrayan kəslər haqda informasiyalara rast gəlməyəsən. İndi onları da bütə çevirib, simvollaşdırmalı, gənclərə örnəkmi göstərməliyik.?

***
Mənim aləmimdə İlham qəhrəmanlıq, Fərizə sədaqət rəmzidir. Onlar Şəhidlər xiyabanının "yaraşığı"dır. 20 yanvar adı cəkiləndə də gözümüz önündə ilk olaraq onlar canlanır. Allah xatirinə gəlin onları həmin ali zirvədən, adi bir sevgili səviyyəsinə endirməyək. Və sizi inandırım ki, hətta bu gün 30 iyun sevgililər günü kimi elan olunsa belə, bir neçə ildən sonra hamımız-başda İlhamla, Fərizənin yaxınları və bu təşəbbüsü irəli sürənlər də daxil, buna peşiman olacayıq. Niyəsini deyim. Amma səmimi olaq . Lap tutaq ki, sevgililər günümüz oldu. Nə baş verəcək ki ? Guya ki, bundan sonra 30 iyunda Azərbaycan gəncliyi əl-ələ verib, dəstə-dəstə Şəhidlər xiyabanına axışıb İlhamla- Fərizənin məzarı önündə anım günü keçirəcək. Və yaxud da ki, bir cox ailə həyatı quran təzə bəylə gəlin onların qəbri başında sədaqət andı içəcəklər? Özünüzü və məni güldürməyin siz Allah. Sizdən soruşuram; Sonuncu dəfə Şəhidlər xiyabanında nə vaxt bəy-gəlin cütlüyünə rast gəlibsiniz? Amma orta və yaşlı nəslin nümayəndələrinin yaxşı yadındadaır ki, indiki "Sahil" keçmiş "26-lar bağı"nda toyu olanlar az qala ziyarət üçün növbəyə dayanırdılar. Yoxsa düz demirəm? Düz deyirəm. Və ardınca da nə qədər acı da olsa başqa bir düz söz deyəcəyəm. 

***
Bəli, əmin ola bilərsiniz ki, 30 iyun sevgililər günü olsa Azərbaycan gəncliyi dəstə-dəstə xiyabana yollanib sədaqət andı içməyəcək.Digər tərəfdən də belə bir istək və həvəs varsa kim onların qarşısını kəsib ki. Getsinlər də özləri. Nəysə..mətləbdən yayınmayaq. Amma sizi inandırım ki, həmən günü gənclərimizin dənizkənarı bulvara axını mütləq olacaq. Skameykalarda öpüşmək ücün növbələr də olacaq. Gül-çiçəkdən tutmuş parfümə qədər bir çox şeylərin qiyməti qalxacaq. Həmən günü kafe və restoranlarda dava-dalaş, bıçaqlaşma da sayca çoxalacaq. Sevgi oxu daşa dəyənlər də məhz həmən günü özünü danizə atacaq, intihar edəcək, ya da zəhər içib özünü öldürəcəkdi. Bütün bu deyilənlərlə dildə olmasa da daxilən çoxları razıdır. İndi sual olunur; bizə bu lazımdırmı? İlham və Fərizənin adını qəhrəmanlıq zirvəsindən bu səviyyəyə endirməyə nə lüzum var axı? Mən bir sıra çıxışlarımda da bunu qeyd etmışəm ki. əgər kimlərsə bu tarixdə nəsə etmək istəyirsə buna başqa ad fikirləşək. Qoy olsun "Qisas günü", "Sədaqət" və ya "Şərəf günü" amma Allah xatirinə olan qalan qəhrəmanlarımızı da sevgili səviyyəsinə endirməyək. Həyatda Allaha olan ali sevgidən tutmuş , bəndəyə olan adi sevgiyə qədər, heç nəyə məcburiyyət yoxdu. Və öz növbəsində əsl Sevgi də heç bir sərhəd və qadağa tanımır. Dünya praktikasında var və bizlər də bu qəbildən olan hadisələrin dəfələrlə şahidi olmuşuq. Ki, istər Çe Gevara olsun, istərsə də Tsoy və ya Vısotskiy..Hər birinin fanat ordusu onların ad günü və ya ölüm günündə dəstə-dəstə müxtəlif məkanlarda toplaşır və bunu qeyd edirlər. Amma bunun üçün heç bir Prezident fərmanına ehtiyac olmayıb. Bunun üçünsə daxildən gələn adi bir sevgi və istək bəs edib. Ayrı heç nə. Vəssəlam

 

Şərhlər : 3 Şərh yaz
S.qirxqizli 1 iyul 2013 15:03  
Neyleyek ki seni anan bele sheyler ucun doqub de ay hormetli deputat.Hec bir defe olsun xalqin xeyrine bir fikir demisen? Sen vicdanin duz de.
Nemet Tahir 1 iyul 2013 18:23  
bu yaxşı və vaxtında yazılmış yazıdır..kaş müəllif Azerbaycanda rəsmi şəkildə qeyd olunan bəzi lazımsız "bayramlara"da qarşı çıxaydı
Firudin 21 yanvar 2014 02:14  
Duz fikirdir/ Yaxshi yazidir.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti