"Deputat ağzına gələn şeyi danışa bilər"

1-07-2013, 13:33
Oxunub: 1427


"Deputat əhalini təmsil edir, ağzına gələn şeyi danışa bilər, istədiyi yerə gedə bilər"

Bunu Etatist.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə, millət vəkili Aydın Mirzəzadənin "Rusiyaya nota göndərmək lazımdır" fikrinə münasibət bildirərkən deyib. Z.Əlizadə deputatın dövlət rəsmisi olmadığını, əhali tərəfindən seçilən adam olduğunu, istədiyi yerə gedə biləcəyini söylədi: "Deputat rəsmi deyil. Deputat əhalini təmsil edir. Ağzına gələn şeyi danışa bilər, istədiyi yerə gedə bilər. Rusiyanın prezidenti deputatların əməllərinə görə məhsuliyyət daşımır. Ona görə, Azərbaycanın parlamenti Rusiya dövlət dumasından xahiş edə bilər ki, deputatlara izah etsinlər ki, onların belə səfərləri Rusiya-Azərbaycan münasibətlərinə ziyan gətirir. Amma buna görə Azərbaycan Rusiyaya rəsmi nota verə bilməz".

 

Qeyd edək ki, millət vəkili Aydın Mirzəzadə, Modern.az-a açıqlamasında Rusiya Dövlət Dumasının deputati Oleq Paklokevin qondarma Dağlıq Qarabağ respublikasına səfər etməsinə münasibət bildirərkən, buna görə Rusiyaya göndərməyin lazım olduğunu bildirib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti