Dönər üçün gətirilən eşşək əti tutuldu

1-07-2013, 12:22
Oxunub: 2217


Bakının Müşfiqabad qəsəbəsində Güzdək yaşayış məntəqəsində satış məqsədilə olduğu ehtimal edilən at və eşşək əti tapılıb.

Etatist.com
xəbər verir ki, Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin ANS PRESS-ə verdiyi məlumata görə, at və eşşək ətinin miqdarı 600 kq-a yaxın olub. Onlarda dönərxanalarda istifadə edilməsinin planlaşdırılmasıda istisna edilmir. 

"Ətlər iki həyətdə tapılıb. Onların üzərində ayrı-ayrı adamlara ayrılmış paylar haqqında qeydlər olub. Ehtimal ki, ətlərin satış məqsədilə iaşə obyeklərində istifadəsi nəzərədə tutulub. Ətlər laboratoriyada müayinə ediləcək". 

Y.Xanvəlinin sözlərinə görə, bu ətlərdə qara yara xəstəliyi çöplərinin də olduğu barədə məlumat daxil olub. "Əgər xəstəlik çöpləri olmasa ətlər heyvanxanaya veriləcək. Xəstəlik aşkar edilsə isə yandırılaraq məhv ediləcək". 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti